19-06-2014 [17:38]
25 ildir məhkumluq həyatı yaşayan, ömürlük həbs cəzası rejimində
saxlanan Quliyev Əli Cahangir oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Mia.az "Media forum”-a istinadən həmin müraciəti təqdim edir:
- Hörmətli prezident!
Çoxsaylı məhkumların adından nəzərinizə çatdırıram ki, biz Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə əlaqədar Milli Məclisin qəbul etdiyi 10 fevral 1998-ci il tarixli qanunun 4-cü bəndi ilə, qeyri-məhkəmə qaydasında, kütləvi şəkildə qanunsuz olaraq ömürlük həbs cəzasına məhkum olunmuşuq. Həmin qanunun 4-cü bəndində qeyd edilir ki, "Bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin”.
Xatırladıram ki, adıçəkilən qanun 21 fevral 1998-ci ildə, yəni 11 gündən sonra qüvvəyə minib. Elə həmin gündən etibarən avtomatik olaraq 128 nəfərə tətbiq edilən ömürlük cəza hüquqi baxımdan öz qüvvəsini itirib. Bu günə kimi bizim ömürlük məhkum olunduğumuza dair nə bir müvafiq qanun, nə də bir məhkəmə qərarı var.
Ölkəmizdə ölüm cəzasının ləğvi ilə əlaqədar mətbuat və informasiya orqanları nümayəndələri qarşısında çıxış edən mərhum prezidentimiz Heydər Əliyev bəyan edib ki, "...ölüm hökmünə məhkum olunmuş insanların cəzası müvafiq qaydada uzunmüddətli cəzalarla əvəz edilə bilər” ("Azərbaycan” qəzeti, 23.01.1998-ci il).
Həmçinin Milli Məclisin keçmiş spikeri, əməkdar hüquqşünas mərhum Murtuz Ələsgərov "Ədalət” qəzetinə verdiyi müsahibəsində bildirib ki, "ölüm hökmü alanların cəzası 20 il azadlıqdan məhrumetmə ilə əvəzlənəcək, çünki ömürlük azadlıqdan məhrumetmə yeni cəza növü olduğundan indi onu ən ağır cəza alanlara aid etmək olmaz” ("Ədalət” qəzeti, 30.01.1998-ci il).
Yuxarıda adıçəkilən qanun pozuntusu ilə əlaqədar AŞPA-nın da 16 aprel 2007-ci il tarixli 1545 nömrəli qətnaməsinin 8.9-cu bəndində deyilir ki, "ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir”.
Hörmətli prezident!
Azərbaycan Respublikasında ölüm cəzası ləğv edildiyi zaman "Cinayət qanununun zamana görə qüvvəsi” hüquqi prinsipi kobudcasına pozulub. Həmin hüquqi prinsipə əsasən, 128 nəfər məhkumun işinə fərdi qaydada məhkəmə instansiyalarında baxılmalı və köhnə Cinayət Məcəlləsinin 23-cü maddəsinə müvafiq olaraq hər birimizə 15 il azadlıqdan məhrumetmə və ya prezidentin əfv fərmanı qaydasında 15 ildən 20 ilə qədər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası verilməli idi. Qanunverici orqan olan Milli Məclisin məhkəmə səlahiyyətlərini mənimsəyərək həmin ərəfədə ölüm cəzası altında olan 128 nəfərə tətbiq etdiyi ömürlük həbs cəzası Azərbaycan Respublikası qanunvericiliyinə, tərəfdarı olduğumuz beynəlxalq hüquq normalarına və Avropa Konvensiyasına tamamilə ziddir. Belə ki, Azərbaycan Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, "Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.
Tərəfdarı olduğumuz BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 11 (2)-ci maddəsinə əsasən, "heç kəs cinayətin törədildiyi zaman tətbiq ediləsi cəzadan daha ağır cəzalandırıla bilməz”. Bu hüquqi prinsip eynilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 15(1)-ci maddəsində və Avropa Konvensiyasının 7(1)-ci maddəsində öz əksini tapıb. Azərbaycan Konstitusiyasının 151-ci maddəsinə görə, "Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.
Hörmətli prezident!
Haqsızlığa uğradığımız gündən bu günə kimi 128 məhkumdan yalnız 74 nəfəri sağ qalıb. Ölüm cəzasından qat-qat ağır olan ömürlük cəza bir çox məhkumun həyatına son qoyub. Hazırda sağ qalanların bir qisminin yaşı 70-i ötüb, çox bir qismi isə ağır xəstə və cəzalarını 20 ildən çox çəkmişlərdir. Bu yaxınlarda çıxışlarınızın birində qeyd etmişdiniz ki, "Ədalətsiz qərar ədalətə qarşı ədalətsizlikdir”. Vaxtilə biz də - 128 nəfər məhkum ədalətsiz qərarın qurbanı olmuşuq. Sizdən çox xahiş edirəm ki, uğradığımız haqsızlığa və saxlandığımız ağır şəraitdə çəkdiyimiz zülmə son qoymaq üçün, ədalət naminə bizi əfv edəsiniz.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi