Xəzər TV Nizami rayonundakı qanunsuz tikintiləri çəkdi: sakinlər etiraza qalxıb - Rəsmilər isə.... (VİDEO)

img

17-02-2024 [11:03]


Ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir.

Mia.az Xezer TV-yə istinadla xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu Qara Qarayev pr. 229 ünvanındandır.

Şikayətçilərin sözlərinə görə, buradakı oboy satışı ilə məşğul olan sahibkar bir neçə ay öncə obyekti genişləndirmək məqsədilə ərazidə söküntü işlərinə başlayıb.

Hətta bir neçə gün əvvəl sakinlərin daimi istifadə etdiyi pilləkənləri də sökməyə çalışıblar.

Məsələni sakinlər də təsdiqlədilər.

Sözügedən obyektin sahiblərindən biri olduğunu deyən Etibar Qəhrəmanov iddialara cavab olaraq bildirib ki, onların bütün lazımi sənədləri mövcuddur. Artırılma məsələsinə gəldikdə isə bu iddiaların yalan olduğunu, heç bir qanunsuz artırmadan söhbət getmədiyini deyib.

Məsələyə Nizami Rayon İcra Hakimiyyətindən münasibət bildirilib.

Mia.az onu da qeyd edir ki, göstərilən ərazi illər əvvəl yaşıllıq olub. Amma videodan görünür ki, indi həmin ərazi hansısa ucqar kəndi xatırladır: palçıq, abadsız ərazi...

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR