NAVALNI QƏFİL ÖLDÜ - Avropa ölkələrindən ard-arda açıqlamalar gəldi: "Avtokratiyaya qarşı birləşməliyik"
16-02-2024 [20:37]
Avropa ölkələri, Avropa İttifaqı və NATO rusiyalı dissident Aleksey Navalnının həbsxanada qəfil ölümünə ard-arda reaksiya verir, bu faktın dərhal və şəfaff araşdırılmasını tələb edirlər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel X hesabında Nacalnını azadlıq və demokratiya dəyərləri uğrunda mübarizə aparan və idealları uğrunda ən böyük fədakarlığı göstərən siyasətçi adlandırıb: "Navalnının ölümünə görə yalnız Rusiya rejimi məsuliyyət daşıyır".
Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Putin öz xalqının müxalifətindən başqa heç nədən qorxmur. Navalnının ölümü Putin və onun rejiminin mahiyyətinin nə olduğunu xatırladır. Avtokratiyaya qarşı durmağa cəsarət edənlərlə mübarizəmizdə birləşməliyik"
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə yazıb: "Daha çox məlumat gözləyirik. Gəlin, bunun yeganə məsuliyyətinin Putinin olduğunu açıqlayaq".
Hollandiya müvəqqəti hökumətinin baş naziri Mark Rutte Navalnının demokratik dəyərlər naminə və korrupsiyaya qarşı mübarizə apardığını yada salıb: “O, ən ağır cəzalar altında saxlanarkən verdiyi mübarizənin bədəlini ölümlə ödədi. Bu, Rusiya rejiminin görünməmiş vəhşiliyindən xəbər verir. Onunla birlikdə Rusiyada dəyişiklik uğrunda mübarizə aparanların hamısına güc diləyirəm”.
İspaniyanın xarici işlər naziri Jose Manuel Albares yazıb: "Navalnının ölümü bizi dərindən sarsıtdı. Biz onun siyasi səbəblərlə haqsız yerə həbsdə saxlanması zamanı baş verən ölüm şəraitinin aydınlaşdırılmasını tələb edirik".
Böyük Britaniyanın baş naziri Rişi Sunak Navalnının ölüm xəbəri ilə bağlı X hesabındakı paylaşımında qeyd edib: "Bu, dəhşətli xəbərdir. Rusiya demokratiyasının ən ehtiraslı müdafiəçisi Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət göstərdi. Navalnının ölümü onun həyat yoldaşı və rus xalqı üçün böyük faciə olub".
Fransanın xarici işlər naziri Stefan Sejourne Navalnının həbsxanada ölümünə görə onun ailəsi, yaxınları və Rusiya xalqına başsağlığı verib: "Aleksey Navalnı zülm sisteminə qarşı müqavimətinin əvəzini həyatı ilə ödədi. Onun həbsxanada ölümü Vladimir Putin rejiminin əslində nə olduğunu ortaya qoydu..."
Almaniya kansleri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenki ilə keçirdiyi mətbuat konfransında Navalnının ölümü haqda deyib: “Bu, çox üzücüdür. Berlində müalicə alarkən Navalnı ilə görüşmüşdüm. Onunla ölkəsinə dönərkən göstərdiyi böyük cəsarətdən danışdıq. Bu cəsarətin bədəlini indi həyatı ilə ödədi. Rusiyada necə bir rejim olduğunun indi başa düşülür...".
İtaliya Baş nazirinin müavini və Xarici İşlər Naziri Antonio Tajani də Navalının yaxınlarına başsağlı verib.
Sloveniya prezidenti Natasa Pirc Musar X sosial media platformasında Navalnının ölümündən sonra başsağlığı mesajı yayımlayıb: "Bu, Rusiyada demokratiya üçün infarktdır".
Avstriya prezidenti Aleksandr Van der Bellen: “Aleksey Navalnının ölüm xəbəri məni sarsıtdı. Vladimir Putin və onun qatil rejimi buna görə cavab verməlidir”.
Firudin Səfərli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi