Türkiyə vətəndaşı Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

img

16-02-2024 [17:12]


Türkiyə vətəndaşı Fatih Akdağ Azərbaycandan Qazaxıstana ekstradisiya olunub.

Mia.az Baş Prokurorluğa istinadla bildirir ki, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilən, Türkiyə vətəndaşı, F.Akdağın verilməsinə dair Qazaxıstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

F.Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR