Şərqşünas alimlər “Elsevier” şirkətinin vebinarında iştirak ediblər

img

16-02-2024 [14:23]


AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elsevier” şirkəti tərəfindən keçirilən vebinarda iştirak ediblər.

Mia.az xəbər verir ki, institutun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin əməkdaşları - hüquq elmləri doktoru, dosent Zaur Məmmədov və Novruz Nuriyev “Scopus” və “ScienceDirect” elmmetrik bazalarında “Effektiv axtarış və təhlil üsulları” mövzusunda təşkil olunan vebinarda elmmetrik göstəricilərin axtarışı və təhlili üzrə təlim keçiblər.

Vebinarda “Elsevier” şirkətinin elmi nəşriyyat və informasiya təhlili üzrə mütəxəssisi Saide Sak təlim keçib. S.Sak vebinar iştirakçılarının Elsevier Tədqiqatçı Akademiyası (Elsevier Researcher Academy) ilə bağlı suallarını da cavablandırıb.

Təlimlərin yekununda vebinar iştirakçılarına sertifikat təqdim edilib.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR