Qusara avtomat satmaq istəyən Bakı sakini tutulub

img

15-02-2024 [08:59]


Qusara avtomat satmaq istəyən Bakı sakini tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rahib Nuriyev saxlanılıb.

Həmin şəxsin üzərindən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR