Sabah bu rayonlarda qaz olmayacaq

img

14-02-2024 [17:40]


Sabah Masallı, Xızı və Siyəzən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, "Masallı 1 və “Masallı 2” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində və "Yaşma-Siyəzən” yüksək təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı fevralın 15-də saat 10:00-dan “Yaşma Qəbul” ölçü qovşağından və saat 14:00-dan “Masallı 1" və "Masallı 2” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR