Daha iki nəfər 26 kq narkotiklə saxlanılıb

img

14-02-2024 [18:03]


Azərbaycana qaçaqmalçılıq yolu ilə 26 kq narkotik vasitə gətirən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Azər Qasımov və tanışı 1964-cü il təvəllüdlü Arif Əliyev saxlanılıb.

Şəxslərin üzərindən və A.Əliyevin yaşadığı evdən 26 kiloqram, o cümlədən 4 kiloqram heroin, 18 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram tiryək və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən paytaxta ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR