İcra başçısı villasına 100 min manatlıq gül gətirdib, 2000 manat bağbana maaş verir - İDDİA

img

19-06-2014 [13:35]


Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Novxanı qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villasının həyətində xarici ölkələrdən xüsusi gətirilmiş qiymətli güllər əkdirib. Bildirilir ki, Xətainin icra başçısı həmin güllərə yüz min manat xərc çəkib.


Razim Məmmədov villasındakı gülllərə və çiçəklərə qulluq edilməsi üçün bir neçə bağban da işə alıb. Bağbanlar peşəkar olduqlarından icra başçısının onların hər birinə 2000 manat maaş verdiyi qeyd olunur.. 

Daxil olan məlumatda göstərilir ki, Razim Məmmədov qonaqlarına tez tez baxçasındakı gülləri göstərərək hansı ölkələrdən gətizdirdiyini və necə olduğu haqqında məlumat verir. 

Qeyd olunur ki, Razim Məmmədovun Novxanındakı villasının ətrafındakı evlərin əksəriyyəti ən yaxın qohum-əqrabası və tanışlarıdır. Bildirilir ki, icra başçısının villasının yanında yeni bir dəbdəbəli imarətdə inşa edilir. Bu imarətin isə dayısı Zaman İsgəndərova məxsus olduğu bildirilir. 

Qeyd edək ki, Razim Məmmədov 2006-cı ildən Xətai rayon icra hakimiyyəti başçısı vəzifəsində işləyir(pia.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA