16-06-2014 [13:32]
İctimai davranış qaydalarına laqeydlik əxlaqi dəyərlərin də oturuşmasını
əngəlləyir. Müşahidələr göstərir ki, davranış qaydalarının ən çox pozulduğu
yerlərdən biri ictimai nəqliyyat sahəsidir.
”Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi bildirir ki, Bakı şəhərindəki
ictimai nəqliyyatda davarnış qaydaları barədə müsbət fikirlər söyləmək hələ
tezdir.
İctimai Birlik Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyilə "İctimai nəqliyyatda davranış mədəniyyətinin yüksəldilməsinə dair yeni
təşəbbüslər” adlı maarifləndirmə layihəsi gerçəkləşdirib.
Bunun üçün paytaxtdakı ayrı-ayrı marşrut xətlərində monitorinqlər keçirilib,
sürücü və sərnişinlərin ictimai davranış qaydaları barədə məlumatlılıq
dərəcəsinin yoxlanılması üçün onlar
sorğuya cəlb edilib. Müşahidələrin və sorğunun nəticələri qənaətbəxş
deyil.
”Avtobuslarda davranış mədəniyyəti aşağı səviyyədədir. Bu, həm sürücülərə, həm
də sərnişinlərə şamil edilməlidir.
Məsələn, əksər sürücülər yeri gəldi-gəlmədi sərnişinlərlə kobud davranır, sürət
həddini aşır, dayanacaqlardan kənarda avtobusu saxlayıb sərnişin götürür,
avtobusların salonlarında maqnitofon oxudur, siqaret çəkir, su butulkalarını,
boş siqaret qutularını necə gəldi yollara tullayır. Narahatlıq doğuran digər
məsələ sürücülərinin avtobuslara nəzərdə tutulandan daha artıq sərnişin
götürməsi və bəzən bir-birlərilə yarışmasıdır.
Avtobusların salonlarında təmizliyə riayət edilmir. Halbuki, onlar hər gün
marşrutlara buraxılmazdan əvvəl salonları təmizlənməli, lazım gəldikdə
yuyulmalıdır. Buna isə əməl edilmir.
Sərnişinlər də ictimai nəqliyyatda müşahidə olunan vəziyyəti görüb şəraitə
uyğun hərəkət edirlər. Onlarda
da davranış qaydalarına laqeydlik yaranır. Məsələn, sürücülərdən avtobusu
dayanacaqdan kənarda saxlamağı tələb etmək, buna əməl edilməyəndə sürücülərlə
kobud davranaraq onları təhqir etmək və s.
Avtobusun salonlarının təmiz olmaması sərnişini də bir çox hallarda içərini
zibilləməyə təhrik edir. Cibgirlik hallarının geniş yayılması, bəzən
sürücülərin buna şərait yaratması, eyni zamanda sərnişinlərin zərəçəkən şəxsə
kömək etməməsi ictimai davranış qaydalarının kobud şəkildə pozulması hallarının
siyahısına aid edilməlidir. Avtobuslarda adi etik qaydalara əməl olunmamasının
nəticəsidir ki, tez-tez sərnişinlərlə sürücülər arasında mübahisələr,
dava-dalaş baş verir”-deyə İctimai Birlik bildirib.
Qurum hesab edir ki, hazırda Bakı şəhərində gerçəkləşdirilən nəqliyyatın
intellektual idarə olunması sisteminin mükəmməl işləməsi üçün nəqliyyatda
ictamai davranış qaydalarının səviyyəsi də yüksək olmalıdır.
”Əqli Mülkiyyətçilərə Kömək” İB davranış qaydalarının
səviyyəsinin yüksəldilməsi üçün müvafiq təkliflərin hazırlayaraq aidiyyatı
dövlət qurumlarına və sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə təqdim edib.
Eyni zamanda ictimai
davranış qaydalarının təbliğinə dair maarifləndirici vəsaitlər hazırlanaraq
avtobus sürücüləri və sərnişinlər arasında yayılıb.
”Hesab edirik
ki, irəli sürdüyümüz təşəbbüslər, davranış mədəniyyətilə bağlı sürücülərə xüsusi
kursların keçirilməsi barədə təkliflərimiz bu sahəyə nazarət edən müvafiq qurumları
maraqlandıracaq”-deyə İctimai Birlik bəyan edib.
Qurum təklif edib ki, marşrut avtobuslarında çalışan sürücülər sərnişinlərlə davranış mədəniyyətilə bağlı xüsusi kurslar və müsabiqələrə cəlb olunmalı, sərnişinlərin maariflənmələri üçün televiziyalarda və digər mətbuat orqanlarında sosial reklamlar yerləşdirilməli, nəqliyyat işçilərinin də davranış etikası kodeksi qəbul olunmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi