Zakir Həsənov təhlükədən danışdı

img

19-06-2014 [13:25]


Müdafiə naziri Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin və "Rosoboroneksport"un rəhbərlərini qəbul edib.

Nazirliyin mətbaut xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru cənab Aleksandr Fomini və "Rosoboroneksport" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru cənab Anatoli İsaykini qəbul edib.

Müdafiə naziri qonaqları salamlayaraq, iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu bildirib.

Qonaqlar səmimi qəbul üçün minnətdarlığını bildirib, Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olmasını diqqətə çatdırıblar.

Sonra Azərbaycan-Rusiya hərbi və hərbi-texniki sahədə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA