Borrell İsrailə səsləndi: "Qəzzalıları hara, Aya sürgün edəcəksiniz?" - "Hamı Təl-Əvivə gedir, İsrailə gedib yalvarır ki, bunu etmə..."
13-02-2024 [14:42]
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Josep Borrell İsrailin mülki əhalini bombalamasına və dinc əhalinin didərgin slaınmasına sərt reaksiya verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini və Aİ-yə sədrlik edən Belçikanın İnkişaf Əməkdaşlığı naziri Karolin Gennezlə qeyri-rəsmi görüşündən sonra birgə mətbuat konfransında danışıb.
UNRWA-ya dəstəyin davam etdirilməsi ilə bağlı Aİ-yə üzv ölkələr arasında fikir ayrılıqlarının olduğunu qeyd edən Borrell deyib: "Adları çəkməyəcəyəm, lakin bəzi üzv dövlətlər “dəstəklərimi artıracağam” desələr də, bəziləri “Mən dəstəyimi tamamilə ləğv edə bilərəm” deyir. Bəziləri isə dəstəyi tamamilə dayandırmayacağam, ancaq təşkilat üzvləri barədə İsrailin iddialarının aydınlaşdırılmasına qədər kömək etməyəcəyəm” vədi verir. Ancaq düşünürəm ki, əksəriyyət Fələstin xalqını dəstəkləmək üçün alternativin olmadığını anlayır. Əlbəttə, mən də UNRWA ilə bağlı qərar verilməmişdən əvvəl iddiaların sübuta yetirilməli olduğunu istəyirəm. İddialar bəlkə doğrudur, bəlkə belə deyil, amma insanların kor-koranə inanmaq məcburiyyətində qalması hüququn təməl prinsiplərinə ziddir. Ümid edirəm ki, bunu dediyimə görə məni antisemitizmdə ittiham etməzlər".
Borrell Qəzzada hər keçən gün artan mülki itkilərə diqqəti çəkib. O, bunun qarşısının alınmasını tələb edib: "Həddindən artıq çox insanın öldürüldüyünü deyirsiniz. Ancaq bu qədər insanın həlak olmasının qarşısını almaq üçün İsrailə daha az silah verməyi düşünmürsünüz. Hamı Təl-Əvivə gedir, İsrailə gedib yalvarır ki, bunu etmə, mülki insanları qoru, bu qədər insanı öldürmə. Halbuki, başqa cür olmalıdır, onlardan tələb edilməlidir ki, dayanın...".
İsrailin Rəfah bölgəsinə hücum planından danışan Borrell bunu qəbul edilməz sayıb: "Oradakı insanlar hara təxliyyə olunacaq? Hara, Aya?..."
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi