BMT TŞ-də Ukrayna ilə bağlı təcili iclas: "Sülhə nail olmaq üçün problemin kökünə varmaq lazımdır" - "Kiyev Minsk razılaşmasını yerinə yetirsə...”
13-02-2024 [00:03]
"Ukraynada sülhə nail olmaq üçün problemin kökünə varmaq lazımdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Yença Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı keçirilən toplantıda deyib.
Rusiyanın Ukraynaya açıq hücumundan 2 il ötdüyünü xatırladan BMT rəsmisi bildirib ki, əslində bölgədə savaş 2014-cü ildən başlayıb: "Ukraynada müharibənin artan şiddəti və bunun mülki əhaliyə təsiri böyük narahatlıq doğurur. Təəssüf ki, bu savaşın ədalətli və qalıcı həll yolu getdikcə sarsılır. Biz bilirik ki, zorakılığa son qoymaq üçün təkcə sülh sazişləri kifayət etməyəcək. Sülh prosesləri problemin kökünə varmaq və buradan başlayaraq həll yolunu axtarmaqdan keçir".
Miroslav Yença Ukrayna üçün əsas ehtiyacın BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa uyğun daimi və hərtərəfli sülh olduğunu vurğulayıb və əlavə edib ki, bu istiqamətdə diplomatik səylər artırılmalıdır.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia isə iclas iştirakçılarına Ukraynaya Minsk razılaşmasını pozduğunu xatırladıb: "Əgər Kiyev rejimi Minsk razılaşmasını yerinə yetirsə, Ukraynada sülh əldə oluna bilərdi. Ancaq razılaşmanın təminatçısı olan Fransa, Almaniya və Polşa razılaşmaya əməl etmək niyyətindənsə, Ukrayna ordusunu silahlandırdılar. Halbuki, əksi olsaydı, Ukraynada bu faciə baş verməzdi. ABŞ və Qərb Ukraynanın dinc sakinlərinin bugünki həyatına görə məsuliyyət daşıyır. Onlar müharibənin dayanmasına imkan vermir...".
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib ki, bu müharibə həqiqətən faciədir, lakin qan tökülməsinə və müharibəyə görə yalnız Rusiya məsuliyyət daşıyır: “Rusiya nə qədər çalışsa da, faktları dəyişdirə bilməyəcək. Bəli, Rusiya Minsk razılaşmasını pozaraq Ukraynaya hücum edib. Bu tarixi gerçəklik ortadadır".
Vud qeyd edib ki, Ukrayna yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü və azadlığını müdafiə edir.
Firudin Səfərli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi