Qətərdə casusluq ittihamına görə ölüm cəzası alan hindistanlılar sərbəst buraxılıb

img

12-02-2024 [13:33]


Qətərdə edam cəzasına məhkum edilən hindistanlılar sərbəst buraxılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, Qətərdə edam cəzasına məhkum edilən 8 Hindistan vətəndaşı öətn gün azadlığa buraxılıb: "Sərbəst buraxılan 8 nəfərdən 7-i Hindistana qayıdıb. Bir nəfər isə üçüncü ölkəyə yollanıb".

Xatırladaq ki, Hindistan donanmasının 8 keçmiş zabiti 2022-ci ildə Qətərdə bir sualtı qayıq layihəsi ilə bağlı "İsrail adına casusluq etmə" ittihamı ilə həbs olunmuşdular.

2023-cü ilin dekabrında isə məhkəmə onların barəsində ölüm cəzası çıxarmışdı.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR