Memar komitəni yalan məlumat yaymaqda ittiham elədi: "Məgər binanın nə günə qoyulduğunu görmürlər?"
12-02-2024 [11:25]
"Kinoteatrın binasını sökürdülər. Məsələni ictimailəşdirəndən sonra ora diqqət cəlb olundu və söküntü işləri dayandırıldı”.
Mia.az xəbər verir ki, Memarlar İttifaqının İdarə Heyətinin üzvü, memar Elçin Əliyev Meydan TV-yə belə deyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Dostluq” (“Дружба”) kinoteatrının sökülməsini təkzib etsə də, memar bu açıqlama ilə razı deyil.
O deyir ki, binanın söküntüsü məhz məsələ ictimailəşəndən sonra dayandırılıb və dövlət komitəsi yalan açıqlama yayıb: “Kinoteatrın binasının sökülməsi ilə bağlı söylənilənləri necə əsassız adlandırmaq olar? Məgər binanın nə günə qoyulduğunu görmürlər? Buna necə demək olar ki, sökülmür? Hamısı yalandır. Sahibi binanı sökmək istəyirdi. Biz bina sahibinin nümayəndəsi ilə danışdıq və xahiş etdik ki, sökmə. Gəl, sənə bir memar kimi kömək edim, ayrı bir variant tapaq. Binanın fasadını saxla, içərisində nəyi istəyirsən, sök və yenidən tik. Necə ki Bakı Kitab Mərkəzini ediblər. Tarixi bina idi, divarlarını, fasadını saxladılar. İçərisində yeni bina tikdilər”.
Fevralın 9-da memar Elçin Əliyev Meydan TV-yə “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumat verib.
Bildirib ki, kinoteatrın ərazisindən təsadüfən keçərkən, binanın söküldüyünü görüb və dərhal Mədəniyyət Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdib.
Hadisə yerində olan aidiyyəti qurumların müdaxiləsi və söhbəti nəticəsində bina sahibinin nümayəndəsi söküntü işlərini dayandırıb və davam etməyəcəklərini deyib.
Mədəniyyət Nazirliyinindən Meydan TV-yə bildirilib ki, “Dostluq” kinoteatrı dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil olmasa da, bu istiqamətdə təkliflərə baxılır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, kinoteatrda monitorinq aparılan zaman binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb.
“Kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb və heç bir tikintiyə icazə verilməyib”,– “Şəhərsalma”nın açıqlamasında bildirilb.
Memar Elçin Əliyev binanın sökülməsi zamanı çəkdiyi fotoları da Meydan TV-yə təqdim edib.
Vaxtilə paytaxt Bakıda 16 kinoteatr fəaliyyət göstərib.
Onlar ümumilikdə 70 kinozaldan ibarət olub.
2006-cı il avqustun 23-də Prezident İlham Əliyevin imzaladığı “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncamdan sonra ikisi (“Azərbaycan” və “Araz”) profilini saxlamaq şərtilə ölkə üzrə 100 kinoteatr və kino qurğusunun özəlləşdirilməsinə başlanılıb.
Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə, onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə ediblər.
1952-ci ildə inşa olunan “Dostluq” kinoteatrı da 2017-ci ildə özəlləşdirilib.
Avropa standartları 10 milyon əhali üçün 500 kinozalı nəzərdə tutur.
Bu baxımdan ölkədəki kinozalların say etibarilə Avropa standartlarından geri qalır.
Ölkədə, daha doğrusu, paytaxtda dövlət kinoteatrlarının olmaması da birbaşa bilet qiymətlərinin bahalaşmasına təsir göstərir.
Kino mütəxəssisləri hər dəfə kinonun problemlərindən danışarkən, kinoteatrlar mövzusuna da toxunurlar.
Problemin həlli istiqamətində addımlar atılmadığını deyirlər.
Hazırda isə Bakıda dövlət balansında yalnız bir kinoteatr var, o da “Nizami” Kino Mərkəzidir.
Digərləri – “Park Cinema”, “CinemaPlus” şirkətlər zənciri özəl şəbəkələrdir və hakim ailəyə aid olduğu deyilir.
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda göstərilib ki, dövlət şəbəkəsində saxlanılan kinoteatr binaları bərpa olunmalı, müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchiz edilməlidir.
Qanundan irəli gələn tələblər isə yerinə yetirilməyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi