“Azərlotereya”, "Kapitalbank", Birbank" və... - SENSASİYALI İDDİALAR
09-02-2024 [17:16]
Düşünürəm ki, bu məlumatı hər kəs, xüsusilə, virtual mərc oyunlarında iştirak edən şəxslər bilməlidir. Xeyli müddətdir ki, debet kartlara edilən kiber hücumlarla bağlı sosial şəbəkələrdə vətəndaşların etirazlarla müşayiət olunan paylaşımlarına rast gəlirik.
Vətəndaşların kartlarından pullar çəkilir. Bu haqda maraqlı məlumat əldə etmişəm. Aidiyyatı dövlət qurumlarının bu istiqamətdəki işinə yarıya bilər. Söhbət nədən gedir?
Diqqət edirsinizsə, qumar oyunları təşkil edən Azerlotereya ASC-nin son iki ildəki aktiv fəaliyyəti kiber hücumların aktiv fazaya daxil olduğu bir dövrə təsadüf edir. İndi məlum olur ki, “Azərlotereya” təkcə vətəndaşlar üçün təhlükə yaratmır, həm də müxtəlif təşkilatların fəaliyyətinə ciddi zərbə vurur. Məsələn, “Kapital Bank”a məxsus olan “Birbank” kartları cəmiyyət arasında etimadını itirməkdədir, hər kəs narazılıq edir. Amma bu probemin kökü daha çox “Azərlotereya” ilə bağlıdır.
Belə ki, vətəndaşlar “Azərlotereya”nın virtual oyunlarında iştirak etmək üçün bank kartının nömrə və şifrəsini də qeydiyyat bölməsinə əlavə etməklə qeydiyyatdan keçir. Elə əsl problem məhz bundan sonra başlayır. Mütəxəssislər hesab edirlər ki, kiber hücumlara məruz qalan kartlar daha çox “Azərlotereya”nın virtual mərc oyunlarında qeydiyyata düşən kartlardır.
“Azərlotereya” ASC “Demirören Holdinq”in törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinin idarəçiliyinə verilib, bu şirkətin bütün bazası isə ABŞ-da yerləşir. Hesab olunur ki, Azərbaycan vətəndaşlarının kartlarından pulların çəkilməsi bu şirkətlə bağlıdır, kiber hücumlar ölkədaxilindən deyil, daha çox xaricdən həyata keçirilir. Günahkar da “Azərlotereya”dır. Vətəndaşların nömrə və şifrələrini istəyən “Azərlotereya” ASC vətəndaşlara heç bir təhlükəsizlik təminatı da vermir.
Müşahidə olunan budur ki, “Birbank” müştəriyönümlü statusunu itirir, bir müddət sonra bu kartlar öz əhəmiyyətini tamamilə itirəcək, bunun da xeyli səbəbləri var. Amma yaxşı olar ki, “Azərlotereya”nın bu istiqamətdəki fəaliyyəti araşdırılsın. Mərc oyunları şirkəti milyonlarla pul qazanır, amma vətəndaşların pulu oğurlanır, eyni zamanda, bankların debet kart sistemi cəmiyyətdə öz məmnunluğunu itirir. “Azərlotereya” ASC bu üsulla bank sisteminə də ciddi zərbə vurmuş olur. Vətəndaşlar üçün yeganə sığorta yolu “Azərlotereya” ASC-nin mərc oyunlarından imtina etməkdir.
Samir Feyruzov,
POST TV-nin rəhbəri
P.S. Yazı müəllifin Feysbiuk-dakı hesabından götürülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi