Prezidentliyə namizəd olan 4 deputat öz dairələrində nə qədər səs yığıb?
09-02-2024 [14:16]
Fevralın 7-də keçirilən prezident seçkilərində Milli Məclisin 4 deputatı da namizəd olaraq iştirak edib.
Səsvermənin nəticələrinə görə həmin deputatlardan Zahid Oruc – 2,17 faiz, Fazil Mustafa – 1,98 faiz, Qüdrət Həsənquliyev – 1,72 faiz, Razi Nurullayev – 0,80 faiz səs ala biliblər.
Maraqlı odur ki, adçəkilən deputatlar öz seçiciləri tərəfindən də dəstəklənməyiblər. Onlar bəzi hallarda deputatı olduqları seçki dairələrində nəinki İlham Əliyevdən, hətta öz həmkarlarından da az səs alıblar.
Əvvəlcədən onu deyək ki, 2023-cü ildə Mərkəzi Seçki Komissiyası bir sıra Dairə Seçki Komissiyalarının adında dəyişiklik edib. Ona görə də deputatların 2020-ci ildə seçildiyi dairənin adı ilə, 2024-cü il prezident seçkiləri zamanı dairələrin adında fərqlər var.
İndi ümumi rəqəmləri təqdim edək:
Razi Nurullayev 79 saylı İmişli seçki dairəsindən millət vəkili seçilib(2020-ci il). Hazırda həmin ərazi 81 saylı İmişli Seçki Dairəsi adlanır. R. Nurullayev prezident seçkilərində dairədən 863 səs alıb. İlham Əliyevdən sonra ikinci yerdədir.
Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin deputatıdır. Prezident seçkilərində 1121 seçici ona səs verib. Maraqlıdır ki, bu dairədə F. Mustafa həmkarı Zahid Oruca uduzub. Oruc 1128 səslə ikinci yeri tutub.
Qüdrət Həsənquliyev 36 saylı Xətai dördüncü seçki dairəsindən deputat seçilib. Dairə hazırda 36 saylı Xətai-Suraxanı seçki dairəsi adlanır. Deputat bu dairədən 1102 səs alıb. İlham Əliyevdən sonra ikinci yerdədir.
Zahid Oruc 94 saylı Bərdə kənd seçki dairəsindən deputat seçilib. Hazırda ərazi 99 saylı Bərdə seçki dairəsi adlanır. Z. Oruc dairədə 1550 seçicinin səsini ala bilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi