Qafqaz Universitetindən açıqlama

img

19-06-2014 [11:00]


"Qafqaz Universiteti"nin rektoru Ahmed Sanıç universitetin bağlanması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

"MIA” xəbər verir ki, Universitetin rektoru movqe.az-a bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı məlumatdan hər şey aydındır: "ARDNŞ-nın açıqladığı məlumatda bu sualın cavabı var. Ordan hər şey aydın görünür ki, qərar "Araz Kursları" və ümumtəhsil məktəbləri ilə bağlıdır. Yəni Qafqaz Universitetinin orada adı hallanmır". Saytın "Qafqaz universiteti" bu il qəbulu davam etdirəcəkmi sualını A. Sanıç cavabsız qoyub.

Universitetin prorektoru Natiq Paşa isə sualı belə cavablandırıb: "Siz görmüsünüz ki, "Qafqaz Universiteti"nin adı bu ilki abituriyent jurnalında qəzbul aparacaq özəl ali təhsil müəssisələri arasındadır. Ona görə də, universitetə tələbə qəbulu davam etdiriləcək. Həmçinin ARDNŞ-nın qərarında ali məktəb qeyd olunmadığından narahatçılığa da əsas yoxdur. Valideynlər də narahat olmasınlar".

Xatırladaq ki, dünən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA