PUTİN 2 SAATLIQ MÜSAHİBƏ VERDİ: "Qərbin Ukraynada Rusiyaya qalib gəlməsi mümkünsüzdür" - "...hər şey Soyuq Müharibə dövründəki kimi olacaq"
09-02-2024 [10:26]
Rusiya prezidenti Vladimir Putin “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsona maraqlı müsahibə verib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin Qərb liderlərinə Ukraynada Rusiyaya qalib gəlməyin mümkünsüz olduğu barədə çox açıq mesaj verib.
Moskvada Karlsona verdiyi müsahibədə Putin ABŞ, Aavropa İttifaqı və NATO-ya səslənərək deyib: "Onlar başa düşməlidirlər ki, Qərbin Ukrayna ilə müharibədə Rusiyanı məğlub etməsi mümkün deyil. İndiyədək döyüş meydanında Rusiyaya strateji məğlubiyyətin verilməsi ilə bağlı hay-küylər, qışqırıqlar eşidilirdi. Amma indi deyəsən, başa düşməyə başlayıblar ki, buna nail olmaq çox çətindir, hətta mümkün deyil”.
Rusiya lideri 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı müharibədə haqlı olduğunu tarixi əsaslarla uzun-uzadı izah edib və daha sonra Vaşinqtona ünvamlı deyib: “Əgər həqiqətən müharibəni dayandırmaq istəyirsənsə, silah tədarükünü dayandır!".
Ukraynada müharibənin ikinci ilinə təsadüf etdiyini xatırladan Putin bildirib ki, Rusiya və Ukrayna gec-tez razılığa gələcək.
Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə Rusiya arasında İstanbulda aparılan sülh danışıqlarına da toxunan Putinin sözlərinə görə, İstanbul danışıqlarında razılaşdırılanlar həyata keçirilərdisə, vəziyyət bura qədər gəlib çıxmazdı: "Lakin Ukrayna əvvəl razılaşdığı məqamlara sonradan ABŞ-ın təzyiqi "yox" dedi...".
İki saatdan çox davam edən müsahibəsində Rusiya lideri Vladimir Putin 1990-cı illərin əvvəlindən NATO-nun genişlənmə səyləri ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib: "Bu genişlənməyə ehtiyac olmayıb. Əgər NATO genişlənərsə, hər şey Soyuq Müharibə dövründəki kimi olacaq. ABŞ-ın bu mövzuda da verdiyi sözə əməl etmədi. Halbuki, onlar NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair söz vermişdi, amma bu, belə olmadı...".
Karlsonun sualına cavab olaraq Putin bəyan edib ki, Rusiya regiondakı digər NATO-ya üzv ölkələrinə, o cümlədən Polşa və Latviyaya hücum etmək niyyətində deyil: "Ümumiyyətlə, Avropa qitəsinə müdaxilədən söhbət gedə bilməz".
ABŞ prezidenti Co Baydenlə danışacaq bir şeyinin olmadığını deyən Putin qeyd edib ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində yeni prezidentin seçilməsi münasibəti dəyişə bilər.
O, müsahibəsində verilən suala cabvab olaraq, Rusiyada casusluq ittihamı ilə həbs olunan "Wall Street Journal" (WSJ) müxbiri Evan Gershkoviçi azad edə biləcəklərini də istisna etməyib: "Ancaq xüsusi xidmət kanallarında müzakirə olunan bəzi şərtlər var. İnanıram ki, onun azadlığı üçün razılıq əldə oluna bilər".
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi