"HEÇ KİMİN BİZİM QƏRARI POZMAĞA SƏLAHİYYƏTİ YOXDUR" - Konstitusiya Məhkəməsinin sədri Ərdoğanın olduğu salonda "buna riayət etmək borcunuzdur" dedi
08-02-2024 [15:21]
Türkiyədə Konstitusiya Məhkəməsinin yeni üzvü Yılmaz Akçilin Ali Məhkəmənin zalında andiçmə mərasimində gərgin anlar yaşanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təxminən 10 gün əvvəl parlamentdə səs çoxluğu ilə mandatına xitam verilən həbsdəki fəal Can Atalayla bağlı Ali Məhkəmə ilə qalmaqal yaşayan Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan mərasimdə diqqətçəkən sərt mesajlar verib.
O, sabiq deputatın həbsdən dərhal azad olunması barədə qərarlarına işarə edərək, Ali Məhkəmənin və ya siyasi qurumların ən üst məhkəmə sayılan Konstitusiya Məhkəməsinin qərarına əməl etməmək səlahiyyətlərinin olmadığını deyib:

ZÜHTÜ ARSLAN
"Konstitusiya Məhkəməsinin qərarlarına əməl etməməyin heç bir konstitusiya və hüquqi əsası yoxdur, ola bilməz. Qərarları bəyənməyə və ya razı olmaya bilərik. Ancaq Konstitusiya Məhkəməsinin şərh və qərarları həlledicidir. Hüquqi bir dövlətdə bu qərarlarla razılaşmasanız belə, onlara riayət etmək konstitusiya borcudur, bu, konstitusiya öhdəliyidir.
Digər tərəfdən, konstitusiyanın aliliyini, əsas hüquq və azadlıqların müdafiəsini təmin etməyi qarşısına məqsəd qoyan Konstitusiya Məhkəməsinin funksionallığı qəbul edilən qərarların icrasından asılıdır. Qərara əməl olunmasa, qanunun aliliyi prinsipi pozulacaq və məhkəmə prosesinin heç bir mənası olmayacaq".
Konstutusiya Məhkəməsinin sədri daha sonra deyib ki, Konstitusiya Məhkəməsinin qərarları 153-cü maddəyə əsasən qətidir: "Təkrar edirəm, bu qərarlar fiziki və hüquqi şəxslər üçün məcburidir...".
Qeyd edək ki, Məhkəmə sədrinin çıxşı boyu zalda olan Ərdoğan gərgin görünüb.
Xatırladaq ki, Konstutusiya Məhkəməsi Gəze parkı olaylarına görə həbs olunan, lakin ötən ilin 14 may seçkilərində deputat seçilən Can atalayın dərhal həbsdən azad olunması barədə iki dəfə qərar çıxarsa da, Ali Məhkəmə cə AKP iqtidarı bu qərarı qanunsuz sayıb.
Bundan sonra parlament toplanaraq məhkəmə qərarı ilə deyil, deputatların səsi ilə Can Atalayın mandatı əlindən alınıb.
Zülfiyyə
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi