İcra başçısının şirkətlərlə 2.8 milyonluq maliyyə fırıldağı - İDDİA

img

18-06-2014 [17:27]


Hacıqabul rayonunun icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın şirkətlərə həvalə etməklə yanaşı, bu sahədə iri məbləğdə mənimsəmələr həyata keçirib. 


Mia.az Bizimxeber.az-a istinadən xəbər verir ki, rayon yollarının təmiri üçün "Muğan-1” adlı müəssisənin hesabına 500 min manat vəsait köçürülüb: "Lakin icra başçısının köməkliyi ilə tenderi udan "Muğan-1” MMC asfaltın qalınlığını 10 sm göstərsə də, faktiki bu qalınlıq 4-5 sm-ə qədərdir. Bu da yeni cəkilən yolun davamlılığını yariya qədər azaldır. Artıq yollar bərbad vəziyyətə düşüb".


Saytın iddiasına görə,  Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin abadlaşdırılmasını isə "İnşaatçı-S” MMC-yə həvalə edib. Adıçəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Məlumatlı şəxs "İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində Əhməd Muxtarova ayrılan vəsaitin 15 faizinin verildiyini bildirir.


Məlumatda qeyd olunur ki, Əhməd Muxtarovun tikinti yol təmiri maxinasiyalarından başqa, rayonun bir çox münbit ərazisində heyvandarlıq təsərrüfatları və əkinçilik sahələri var. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA