“Mənə qarşı təhlükə hər zaman var" - Fazil Mustafa
05-02-2024 [14:19]
Ötən ilin mart ayında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd təşkil olunmuşdu. Belə ki, martın 28-də axşam saat 9 radələrində Fazil Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" avtomatından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Hücumda iştirak edən şəxslər məsuliyyətə cəlb olunub, onlar əməllərini etiraf edib və hazırda məhkəmə işi davam edir. Hücumun izlərinin İrana gedib çıxdığı barədə xəbərlər yayılıb.
Hazırda Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa prezidentliyə namizəd olan 7 nəfərdən biridir. O, tez-tez seçicilərlə görüşür, ölkənin müxtəlif bölgələrinə səfər edir.
Maraqlıdır ki, bu dövr ərzində o, təhdid mesajları alıbmı? Onun mühafizəsi necə təmin olunur?
Məsələ ilə bağlı Modern.az-a danışan prezidentliyə namizəd, millət vəkili Fazil Mustafa bildirib ki, namizədliyi dövründə təhdid mesajı almayıb:
“Mənə qarşı təhlükə hər zaman var. Çünki Azərbaycanda başqa ölkəyə casusluq edən xeyli şəbəkə var. Təbii ki, indi dövlət səviyyəsində mühafizə ilə bağlı bütün tədbirlər görülübdür. Ona görə də bir narahatlıq yoxdur. Namizədliyim müddətində də təhdid mesajı almamışam Ancaq bu, yalnız mənə qarşı olan sui-qəsd cəhdi deyil, bütövlükdə Azərbycan dövlətinə qarşı atılan addımdır".
Fazil Mustafa söyləyib ki, casus şəbəkəsinə qarşı mübarizədə Azərbaycan cəmiyyəti fəal olmalıdır:
"Sözügedən adamların hər biri ayrı-ayrılıqda bizim hərbi və strateji obyektlərimizin videolarını, şəkillərini qonşu ölkəyə ötürən,oradan da Ermənistana göndərən şəxslərdir. O baxımdan bu bir fərdə qarşı olan münasibət deyil, bütövlükdə Azərbaycana qarşı formalaşdırılmış, əsasən də Qumda yetişdirilmiş casus şəbəkəsidir. Bunlara qarşı mübarizə bütövlükdə Azərbaycan cəmiyyətinin mübarizəsi olmalıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi