"Leylanın skripkası” filminin təqdimatı keçirilib - FOTOLAR
05-02-2024 [11:16]
ABŞ-nin Nyu-York şəhərində "Museum of Jewish Heritage"də ("Yəhudi İrsi Muzeyi"də ) "Leila's violin" ("Leylanın skripkası") qısametrajlı bədii filminin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Yəhudi İcmasının təşkilatçılığı ilə keçirilən gecədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin diplomatları, ABŞ-də fəaliyyət göstərən Azərbaycan icmasının aktivləri və təşkilat rəhbərləri, yəhudi icmalarının nümayəndələri, yerli və xarici KİV təmsilçiləri, sənətsevərlər iştirak ediblər.
Gecədə çıxış edən filmin rejissoru, musiqiçisi və yazıçısı Ella Leya bildirib ki, ekran əsərində yaşanmış bir həyat hekayəsini bədiiləşdirməyə çalışıb. Müəllif doğulduğu Vətən torpağına, Azərbaycana dərin bağlarından söz açıb. Belə ki, 20 yaşında öncə Bakıdan Moskvaya, oradan isə 1990-cı ildə ailəsi ilə bərabər Kaliforniyaya köç edən Ella Leylanı aradan keçən zaman və məsafələr Azərbaycandan ayırmayıb: "Leylanın skripkası" Kaliforniyada yaşayan Leyla adlı qızın anasını axtarmaq üçün doğulduğu yerə - Azərbaycana, Quba dağlarında dağ yəhudilərinin qədim yaşayış məskəninə səyahət etməsindən, burada sufi və kabalizm mistikləri ilə tanış olmasından və qırmızı skripkanın ruhu ilə qarşılaşmasından bəhs edir. Biz həm də filmdə Azərbaycanda tarix boyu bütün dinlərin və etnik qrupların birgə sülh və əmin-amanlıq şəraitində mövcud olması üçün ən gözəl şəraitin yaradıldığını nəzərə çatdırmağa çalışdıq".
Müəllif qeyd edib ki, filmdə baş rolları tanınmış azərbaycanlı skripkaçı, Böyük Britaniyada fəaliyyət göstərən "Natavan Group"un İdarə Heyətinin üzvü Sabina Rakçeyeva və Hollivudun gənc aktrisası Sofiya Rossinski canlandırıblar".
Musiqiçi Sabina Rakçeyevanın skripkada və Nyu-Yorkda yaşayan Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarovanın fortepianoda həzin ifası və Nyu-Yorkda fəaliyyət göstərən "Mənim yolum" (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdlərinin milli rəqsləri gecəyə xüsusi ovqat qatıb.
Daha sonra qonaqlar "Leylanın skripkası" bədii filmini izləyiblər. Filmdə Azərbaycanın füsunkar təbiətinin gözəllikləri, musiqisi, zəngin mədəniyyəti, adət-ənənələri öz əksini tapıb. Göz oxşayan görüntülərin musiqi ilə vəhdətindən ərsəyə gələn sənət əsəri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, ekran əsərini şair Nigar Həsənzadə səsləndirib, filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir. Müəllif bildirib ki, "Leylanın skripkası" qısametrajlı bədii filmi Monako Film Festivalında "Mələk" ("Angel") mükafatının qalibi olub(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi