Gəncə şəhər 25 saylı TSEK-in sədri Fəridə Abdullayeva Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri İsmayılov Bəxtiyar Nəcəf oğlunu və mətbuat nümayəndələrini Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşı vasitəsi ilə təhdid edir.
Qeyd edək ki, Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılov 25 saylı TSEK-in sədrinə rüşvət ittihamı irəli sürüb. Bəxtiyar İsmayılov öz iddiasında bildirir ki, bacısı Xalidə Əsgərova əlilik almaq üçün o, zaman 26 saylı Daşkəsən TSEK-də sədr olaraq çalışan Fəridə Abdullayevaya müraciət edib. Fəridə Abdullayeva isə əlilik dərəcəsi verməyin qarşısında Xalidə Əsgərovadan 7500 manat rüşvət istəyib.
İddaçı tərəf bildirir ki, pulu aldıqdan sonra Gəncə 25 saylı TSEK-ə sədr təyinatı alan Fəridə Abdullayeva Xalidə Əsgərovaya əlilik dərəcəsi verməyib. Bundan sonra isə iddiaçı tərəf verdiyi pulu geri istəsə də, Fəridə Abdullayeva pulu verməkdən imtina edib.
Hazırda Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılov dələduzluqla üz-üzə qalan bacısının pulunu geri almaq üçün dəfələrlə müxtəlif instansiyalara müraciət etsə də, pulunu geri ala bilməyib. Və bundan sonra Bəxtiyar İsmayılov mətbuata müraciət edib. Məsələ mətbuata çıxarıldıqdan sonra isə Fəridə Abdullayeva müxtəlif yollarla mətbu orqanlara və Qarabağ əlilinə təzyiqlər etməyə başlayıb. Hətta xanım TSEK sədri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovun adı ilə Qarabağ əlilini təhdid edib.
Bəxtiyar İsmayılovun bildirdiyinə görə onun bacısından 7500 manat vəsaiti rüşvət alaraq geri qaytarmayan Fəridə Abdullayeva bildirib ki, ona nazir Səlim Müslümovun müavini Natiq Məmmədov hamilik edir və vurğulayıb ki, lazım gələrsə, Bəxtiyar İsmayılovu oğurlatdırar.
Bundan sonra özünü Fəridə Abdullayevanın vəkili və səlahiyyətli nümayəndəsi olaraq təqdim edən Əlikömək Əliyev dövrəyə girib. O Bəxtiyar İsmayılovu həbs etdirəcəyi ilə hədələyib.
Bəxtiyar İsmayılov bildirir ki, Əlikömək Əliyevin çox maraqlı tarixçəsi var. Hər halda Göyçayda diş həkimi işləyən birisinin TSEK sədri Fəridə Abdullayevanın vəkili olaraq çıxış etməsi özü də maraqlı məsələdir. Bəxtiyar İsmayılov bildirir ki, Əlikömək Əliyev demək olar ki, öz iş yerində tapılmır. O, həmişə Fəridə Abdullayevanın yanında olur və onun tapşırıqlarını həyata keçirir. Maraqlıdır ki, Əlikömək Əliyevin Göyçayda həkim işləyən digər qardaşı iki il əvvəl TSEK-lərdə saxta əlilik dərəcələri satdığına görə həbs olunub və bir müddət həbsdə qaldıqdan sonra həbsdən qurtula bilib.
Bəxtiyar İsmayılovun bildirdiynə görə Əlikömək Əliyev və qardaşı uzun müddətdir ki, Fəridə Abdullayeva ilə birlikdə çalışırlar. Onların hansı işlə məşğul olması isə yəqin ki, hər kəsə aydındır. Fəridə Abdullayevanın saxta əlilik dərəcəsi satmaq üçün qurduğu şəbəkəni məhz Əliyev qardaşları idarə edir.
Qeyd edək ki, Əlikömək Əliyev 0706866128 nömrəli telefondan PİA.AZ-ın baş redaktoruna və Azerinfo.org saytının rəhrəinə zəng edərək onlara qarşı müxtəlif yollarla təzyiqlər etməyə çalışıb. PİA.AZ-a telefon açan Əlikömək Əliyev özünü Fəridə Abdullayevanın hüquqlarını qoruyan səlahiyyətli nümayəndəsi kimi təqdim edib. Əlikömək Əliyev bildirib ki, onlar PİA.AZ saytını məhkəməyə vermək istəmirlər və bunun müqabilində saytdan Fəridə Abdullayeva ilə bağlı yazı çıxarılmalıdır. PİA.AZ-ın baş redaktoru da öz növbəsində bildirib ki, Fəridə Abdullayvanın saytımızı məhkəməyə verməsini istəyirik və həmin məhkəmənin gedişatında çox güman ki, Əlikömək kimi dələduzlar həbs olunacaqlar.
Bir neçə gün bundan əvvəl isə PİA.AZ-ın baş redaktorunun telefonuna 077 444 32 32 nömrəli telefondan zəng gəlib. Qarşı tərəf özünü Gəncə şəhər Kəpəz rayon polis idarəsinin rəis müavini kimi təqdim edib və bildirib ki, Əlikömək Əliyev adlı şəxs şikayət ərizəsi ilə polis idarəsinə müraciət edib. Qarşı tərəf öz ştkayətində bildirib ki, güya PİA.AZ-ın baş redaktoru onu telefonda söyərək təhqir edib və buna görə də baş redaktor cinayət məsuliyyətinə cəlb olunmaludur. PİA.AZ-ın baş redaktoru öz tərəfindən qeydiyyatda olduğu ünvanı verərək bildirib ki, onlar bu işin araşdırılmasında və telefon danışıqlarının açılaraq ictimaiyyətin diqqətinə təqdim olunmasında maraqlı tərəfdirlər.
Dünən isə yenidən 055 774 21 55 nömrəli telefondan PİA.AZ-ın baş redaktoruna zəng gəlib. Özünü Gəncə şəhər Kəpəz rayon polis idarəsinin mayoru Müslümov olaraq təqdim edən, (qeyd edək ki, polis mayoru adını deməkdən imtina etdi), şəxs bildirib ki, o vətəndaş Əlikömək Əliyevin şikayət ərizəsi əsasında araşdırmam aparır və baş redaktor bununla əlaqədar olaraq Gəncəyə gəlməlidir. PİA.AZ-ın baş redaktoru isə öz növbəsində bildirib ki, o Gəncəyə gələ bilməz və məsələnin əlaqədar məhkəmədə araşdırılmasını istəyir. Buna baxmayaraq özünü polis mayoru olaraq təqdim edən Müslümov bir neçə dəfə baş redaktora zəng edərək ona işlə əlaqəli olmayayan və baş redaktorun peşəkar fəaliyyəti ilə bağlı müxtəlif suallar verib. Bu suallar verilirkən polis mayorunun Fəridə Abdullayevanı müdafiəçisi kimi çıxış etdiyi və bəzi hallarda sözlərində təzyiq kimi dəyərləndiriləcək ifadələrdən istifadə edib. PİA.AZ-ın baş redaktoru dəfələrlə polis mayorundan onu narahat etməməyi tələb etsə də, polis mayoru israrla ona zəng edərək məsələyə aid olmayan suallar verib.
Elə həmin gün 055 774 21 55 telefondan Qarabağ əlilii Bəxtiyar İsmayılovun nömrəsinə zəng edilib Bəxtiyar İsmayılov bu gün PİA.AZ-a telefon açaraq bildirib ki, özünü polis mayru kimi təqdim edən şəxs onu təhdid edib və müxtəlif yollarla rüşvət iddasından geri çəkilməyə vadar etməyə cəhd edib.
Bəxtiyar İsmayılov həmçinin PİA.AZ-a onu da bildirdi ki, bir müddət əvvəl başqa bir Daşkəsən sakini Fəridə Abdullayevaya 900 manat rüşvət verib. Bundan sonra onun işi düzəlməyib və Fəridə Abdullayeva pulu qaytarmaqdan imtina edib. Qarşı tərəfin şikayət etdiyini gördükdə isə Fəridə Abdullayeva məhz Kəpəz rayon polis əməkdaşı vasitəsi ilə həmin şikayətçini susdurub. Qeyd edək ki, bu barədə ətraflı məlumatı yaxın günlərdə ictimaiyətin diqqətinə çatdıracağıq.
Göründüyü kimi, Fəridə Abdullayeva tək öz qurbanlarını deyil, hətta mətbuat nümayəndələrini belə polis vasitəsi ilə təhdid etməkdən çəkinmir. Digər tərəfdən ortada çox ciddi bir idda ilə yanaşı, Bəxtiyar İsmayılovun şikayət etdiyi halda, onun şikayətinə baxılmaması maraq doğurur.
Ortada çox ciddi bir iddanın olmasına baxmayaraq və polis vasitəsi ilə rüşvət aldığı vətəndaşları, həmçinin mətbuat nümayəndəsini təhdid edən Fəridə Abdullayeva barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin heç bir ölçü götürməməsi və susqunluq nümayiş etdirməsi də yol verilməz hal kimi qəbul olunmalıdır. Görünür ki, Fəridə Abdullayevanın özünün də bildirldiyi kimi nazirlikdə onun arxasında çox ciddi adam dayanır.
Ancaq Azərbaycan hüquqi dövlətdir və ölkə prezident idə dəfələrlə bu barədə məmurlara açıqca xəbərdarlıq edib. Görünür, nazir kürsüsünə əyləşərkən sosial sferada qayda yaratmaq barədə prezidentdən tapşırıq aldığını bildirən Səlim Müslümov prezidentin tapşırığını səhv başa düşüb, ya da bu tapşırığa heç məhəl qoymur. Əks təqdirdə cənab nazir bu "bespredel"ə son qoyar və özünün təyin etdiyi xanım TSEK sədrinin özbaşınalıqlarına və qanunsuzluqlarına göz yummazdı.
pia.az