""Səbail" klubunun aşağı yaş qrupları üzrə komandaların düşərgəsində vəziyyət yaxşı deyil"
01-02-2024 [12:55]
"Səbail" klubunun aşağı yaş qrupları üzrə komandaların düşərgəsində vəziyyət yaxşı deyil. Paytaxt təmsilçisinin uşaq futbolunda heç də xoş olmayan hadisələr baş verir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” idarəsinin - ASCO-nun himayəsində olan klubun aşağı yaş qrupları üzrə komandalarının bir hissəsi Qaraçuxur qəsəbəsində yerləşən, artıq fəaliyyətdə olmayan "Rəvan" klubunun akademiyasında məskunlaşıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, əvvəllər uşaqlar üçün buraya gəlmək o qədər də çətin deyidi. Çünki “Səbail” akademiyaya gələn azyaşlı futbolçular üçün avtobuslar ayırmışdı. Nəqliyyat vasitələri onları məşq edəcəkləri məkana gətirir, sonda isə əks istiqamətdə aparırdı. Bu, uşaqlar üçün olduqca əlverişli idi.
Ancaq bir müddətdir “dənizçilər” uşaqlar üçün ayrılan avtobusları ləğv ediblər. Səbəb kimi klubdakı maliyyə problemləri əsas göstərilib. Bu göstərişin klubun baş sponsoru olan ASCO tərəfindən verildiyi bildirilir. Bu da uşaqların məşqlərə gedib-gəlməsinə çətinlik yaradır. Şəraitsiz, meydançası yararsız vəziyyətdə olan "akademiya"da futbolla məşğul olmağa çalışan azyaşlılar indi nəqliyyat baxımından da problem yaşayırlar.
Övladlarının üzləşdiyi çətinliyi görən valideynlər çıxış yolunu onları klubdan ayırmaqda görüblər. Kütləvi şəkildə azyaşlı futbolçular “Səbail”i tərk etməyə başlayıb.
Məsələ ilə bağlı "Səbail"in də mövqeyini öyrəndik. Paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov sorğumuzu belə cavablandırıb:
“Səbail” Peşəkar Futbol Klubuna akademiyanın fəaliyyəti ilə bağlı bu və ya digər formada heç bir şikayət daxil olmayıb. Akademiyamızın bütün yaş qruplarında çıxış edən uşaq və yeniyetmə futbolçular zəruri geyim, top, oyun və məşq üçün zəruri olan digər avadanlıqlarla təmin olunub. Eyni zamanda, komandalarımızın oyunlara getməsi üçün müvafiq qaydada nəqliyyat vasitəsi ayrılır. Məşqlər üçün nəqliyyat vasitəsinin ayrılmasına gəlincə, klubun belə bir öhdəliyi yoxdur”.
Çox maraqlıdır, cari mövsümdə “Səbail”in iştirak ərizəsində 11 legionerin adı var. Təkcə yay transfer pəncərəsində 7, qış fasiləsində isə 2 əcnəbi futbolçu transfer edilib. Bu qədər gəlmənin xidmətindən yararlanan klubun faktiki olaraq heç bir məqsədi, strategiyası, hədəfi yoxdur. Paytaxt təmsilçisi əcnəbilərə ildə 2-3 milyon dollar məvacib ödəməyə pul tapır. Di gəl ki, Rauf Vəliyevin sədri olduğu ASCO uşaq futboluna bu məbləğin 1/10 hissəsini belə qıymır. Vəliyev azərbaycanlı uşaqların pulunu kəsib əcnəbilərə verir. Yəqin ki, Azərbaycana sevgisindəndir...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi