İdmançılar kimi döyüb? - 4 idmançı həbs edildi, 2-si isə... (YENİLƏNİB)
01-02-2024 [13:57]
Bakıda MMA döyüşçülərinə cinayət işinin açılması və onlardan dördünün həbsi ilə nəticələnən hadisənin bəzi detalları üzə çıxıb.
Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilməsi məlum olub.
Belə ki, ilkin məlumata görə, bir neçə ay əvvəl Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb.
HƏSƏN ƏZİZOV
O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Mia.az xəbər verir ki, "Qafqazinfo”ya məsələ ilə əlaqədar Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovla əlaqə saxlayıb. Federasiya rəhbəri açıqlamasında adıçəkilən idmançılarla digər MMA döyüşçüsü Həsən Əzizov arasında kiçik münaqişə yaşandığını bildirib. O, hadisənin noyabrın 4-də Bakıda keçirilən "Rizin” turnirindən bir gün əvvəl baş verdiyini əlavə edib: "İnsanlar arasında gərginliklər baş verir. Bu, normal haldır. Amma hadisə barədə ətraflı məlumata malik deyiləm”.
O, idmançılar arasında dava düşmədiyini, hadisənin çox böyüdüldüyünü də sözlərinə əlavə edib: "Mən elə şahidlərdən, idmançılardan soruşuram. Orada yazılıb ki, 4 nəfər bir nəfəri döydü, belə şey olmur. Çünki idmançı üçün döyüşməyə zal var, rinq var. Gedib niyə kənarda dava etsin ki? Həsən Əzizovla da bu barədə söhbətimiz olub. Hamısı da bizim idmançılardır. Soruşa bilərsiniz ki, niyə şikayət olub? Yəqin ki, o da inciyib, arada anlaşılmazlıq olub. Mən federasiya rəhbəri kimi hamısını yaxşı tanıyıram. Hamı da yazır, üstünə qoyub yazır. Elə vəziyyət yaranıb ki, biz özümüz də bilmirik nə deyək. İnanın ki, paylaşılanda vurandan da, vurulandan da soruşmur. Hadisənin nə olduğunu öyrənmirlər. İndi qorxu yaradırlar. Araşdırmaq lazımdır məsələni. Bu idmançılar bayrağımızı qaldıran idmançılardır, onlar küçədə döyüşən deyillər. Hamımız iş yerində kimləsə mübahisə edərik. Düzdür, deyərsiz ki, necə olub bu xırda şey həbsə gətirib çıxarıb, onu araşdırıram. Xırdalıqlar var və müzakirə edirik. Kimin nə səhvi var, araşdırıb tapacağıq”.
A.Əsgərov hadisənin necə baş verməsi ilə bağlı sualı isə belə cavablandırıb: "Bu hadisə yarış zamanı baş verib və idmançılar mübahisə ediblər. Sonra bir-birini itələyiblər, necə olub tam dəqiq məlumatlı deyiləm. Orada adam da çox olub və davam ediblər. Həsən Əzizov Kiyevdə yaşayır və gedib ora. Təzədən bura qayıdanda hadisə açılıb. Yəni məsələnin indi açılmasının səbəbi Həsən Əzizovun Kiyevdə yaşamasıdır”.
Qeyd edək ki, cinayət işi üzrə 6 nəfər saxlanılıb. Onlardan federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov barəsində həbs-qətimkan tədbiri seçilib. Tofiq Musayev və Mehman Məmmədov barəsində isə digər qətimkan tədbiri seçilib və onlar sərbəst buraxılıb.
Ötən gün xuliqanlığa görə həbs edilən MMA məşqçisi Ruslan Əfəndiyevin adı daha əvvəllər də dava-dalaş və digər qalmaqallarda hallanıb. Belə ki, o, 2015-ci il aprelin 22-də "Avropa” hotelində məşq edən Azər Məmmədovun qətli ilə nəticələnən hadisənin iştirakçısı olub. Həmin vaxt Ruslan Əfəndiyev də bıçaqlanmışdı. "Zaminbank”ın Nəsimi şöbəsinin müdiri olan A.Məmmədovun ölümü ilə bitən davada R.Əfəndiyev nisbətən yüngül xəsarətlər alaraq sağ qalmışdı. Bu hadisədən bir müddət sonra "Avropa” hotelindəki idman zalı ləğv edilmişdi.
Məlumata görə, Ruslan Əfəndiyev uzun illər Azərbaycan Beynəlxalq Bankının mühafizə xidmətinin rəisi olub. O, hazırda həbsdə olan bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxınlığı ilə tanınıb. Bankın ovaxtkı rəhbəri tutulduqdan sonra isə MMA məşqçisi işdən çıxarılıb. Nəticədə o, aktiv idman fəaliyyətinə başlayıb.
Həmin ərəfədə Azər Məmmədovun ölümündə təqsirləndirilən Sənan Quliyev məhkəmədəki çıxışında Ruslan Əfəndiyevlə aralarında yaşanan mübahisədən sonra bıçağa əl atdığını bildirmişdi. Onun ifadəsinə əsasən, həmin vaxt A.Məmmədov aranı sakitləşdirməyə çalışarkən bıçaq xəsarətləri alaraq vəfat edib
***
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətmələrinin təfərrüatları məlum olub.
Məlumata görə, Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib.
Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.
Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib(Report).
Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil edəcəyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.
Hazırda xuliqanlıq maddəsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
Ötən gün Azərbaycanın tanınmış idmançılarının həbs edilməsi barədə xəbər vermişdik.
Xəbərdə bildirilir ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və R.Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər başqa bir idmançını döyüblər.
Belə ki, bir qrup idmançı arasında dava düşüb və nəticədə adı çəkilən şəxslər digər idmançını döyüblər.
Döyülənin adı açıqlanmasa da onun tanınmış idmançı olduğu bildirilir.
Qeyd edək ki, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və 4 nəfər həbs olunub.
2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.
Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Beşiktaş" "Atletik Bilbao"ya qalib gəldi
Suriyanın müdafiə nazirindən PKK/YPG-yə xəbərdarlıq: "Özlərini buraxmalıdır, yoxsa..." - "Türkiyə ilə münasibətlər mükəmməl olacaq"
Tramp Putinə xəbərdarlıq edib: "Tezliklə sövdələşmə əldə etməsək..."
“Şamaxı” Emin Zamanovla vidalaşdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Sabah" klubu Elvin Camalovla yollarını ayırıb
İlham Əliyev Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşdə: "Bayden-Blinken administrasiyası dövründə..."
“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb
Daha bir bələdiyyə sədrinə cinayət işi açılıb - Tender saxtakarlığı
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə verilən ölüm hökm təsdiqlənib - "Tezliklə hökm icra olunacaq"
Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə ordusu İraqın şimalında terrorçuları zərərsizləşdirib
Oteldəki yanğından yataq üzlüyünü bir-birinə bağlayaraq xilas olan şəxs: "Biz şanslı idik..." - FOTO
Dəhşətli yanğında ailəsini də itirən "Hava yolları"nın işçisi son nəfəsində anasına zəng edib: "Haqqını halal elə"
İsrailin müdafiə nazirindən yeni hücum xəbərdarlığı: "İordan çayının qərb sahili..."
İranda neft zavodunda yanğın olub - Qaz anbarı partlayıb
"Dortmund Borussiya"sı türk məşqçini istefaya göndərdi
Sabahın hava proqnozu açıqlandı
Novruz bayramında əfv olacaq - "Hazırlıqlara başlanılıb"
Onlar Dini Komitənin yanında İctimai Şuraya can atır - SİYAHI
Həbs olunan icra başçıları YAP üzvlüyündə niyə qalıblar? - Açıqlama
Şeyx 600 minlik zirehli maşını 300 minlik BMW ilə əvəzlədi - FOTOLAR
Bakıda güclü yağış yağacaq
İdarə rəisinin müavini yenidən həbs edilib - 21 ay sonra
Pensiyaçıların dəfn pulu 1500 manata qaldırılır
Prezident sabiq futbolçuya 9 milyonluq maşın bağışlayıb
TƏBİB zəhərlənə tələbələr haqda açıqlama yaydı
İmişlidə qəzada xəsarət alan məktəblilərdən biri Bakıda klinikada vəfat edib - Açıqlama
Bloger-jurnalist adı altında pul tələb edən şəxs saxlanılıb
49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb
Bələdiyyə seçkiləri: bülletenlər DSK-lara paylanır
"Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb - FOTO
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi
DİN saxta mesajlarla bağlı əhaliyə müraciət edib: "Ehtiyatlı olun!"
Çempionlar Liqası: hansı komandalar qalib gəldi?
Türkiyənin 43 şəhərində eyni anda əməliyyat: 240 terrorçu saxlanılıb