Şamil Mahmudbəyovun baxımsız vəziyyətdə olan qəbirüstü abidəsi yenilənib

img

04-02-2024 [17:38]


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə 100 illik yubileyi ərəfəsində tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun baxımsız vəziyyətdə olan qəbirüstü abidəsi yenilənib.

Mia.az xəbər verir ki, bu barədə Kino Agentliyi məlumat yayıb.

Mərhum kinorejissor 6 fevral 1924-cü ildə Naxçıvanda anadan olub.

Ş.Mahmudbəyov “Şərikli çörək”, “Qaraca qız”, “Romeo mənim qonşumdur” və başqa filmlərin rejissorudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR