Ermənistan himn və gerbinin dəyişdirilməsi istəyinin səbəbi... - TƏHLİL
31-01-2024 [18:00]
Son günlər Ermənistan ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzu konstitusiya, habelə dövlət atributları olan gerb, bayraq və himnin dəyişdirilməsidir.
Paşinyan tərəfindən ilk dəfə gündəmə gətirilən bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan da müdafiə edib.
Diqqətçəkən əsas məsələ isə Ermənistanın bunu Azərbaycan və Türkiyənin təzyiqi ilə etməsi iddiasıdır. Simonyan deyir ki, “Hakimiyyətin Azərbaycanın təzyiqi əsasında ölkənin əsas qanununu dəyişmək istəməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. İrəvanın hara getdiyini və hansı məqsədlər güddüyünü anlamalıyıq, Ermənistan Respublikası niyə mövcuddur, dərk etməliyik”.
İlk növbədə qeyd etmək lazımdır ki, rəsmi Bakı və Ankara bu istiqamətdə Ermənistana təzyiq etmir, amma konstitusiya və gerbdə dəyişiklik edilməsini istəyir. Bunun da obyektiv səbəbləri var.
Məsələ ondadır ki, Ermənistan konstitusiyasının 13-cü maddəsində deyilir:
“Bu, Ermənistan Respublikasının gerbidir. Mərkəzdə, qalxanın üzərində tarixi Ermənistanın dörd krallığının gerbləri olan Ağrı dağı, Nuhun gəmisi təsvir edilib”.
Bildiyimiz kimi, Ağrı dağı Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə aid deyil. Bu, açıq-aşkar Türkiyəyə ərazi iddiasıdır. Gerbdəki “tarixi erməni krallıqlarının” əraziləri isə həm Türkiyə, həm də Azərbaycan torpaqlarını əhatə edir. Yəni Ermənistan konstitusiyasında və dövlət gerbində Türkiyə və Azərbaycana qarşı ərazi iddiası var.
Erməni rəsmilərin Azərbaycan və Türkiyənin təzyiqini qabardaraq dövlət atributlarını, konstitusiyanı dəyişmək istəməsinin pərdəarxasında tamam fərqli məqsədlər var:
Birincisi, konstitusiya dəyişikliyi Paşinyana Türkiyə ilə münasibətləri normallaşdırıb sərhədlərin açılmasını təmin etmək, beləliklə də Qərbə inteqrasiyanı sürətləndirmək üçün lazımdır. Bundan başqa, Nikol bununla həm də səlahiyyətlərini artıraraq ölkəsində bütün ipləri ələ almaq istəyir.
İkincisi, Ermənistan xüsusilə dövlət atributlarını dəyişdirərək 1918-ci ildə qurulmuş Ermənistan Demokratik Respublikasından imtina etmək istəyir. Məsələ ondadır ki, Ermənsitanın bugünkü himni “Mer Hayrenik”(Ana vətənimiz) ilk himnləridir. Bəstəkarı Barseq Kanaçyan, sözləri isə Mikayel Nalbandyana aid olan himn 1918-ci ildə Ermənistan Demokratik Respublikasının himni kimi səsləndirilib. 1991-ci ildə yenicə müstəqil olan Ermənistanın himni qəbul edilib.
Ermənistanın bugünkü gerbi və bayrağı da 1918-ci ildəki ilə eynidir. Ermənilər bunu qəbul etməsələr də, bir-iki kiçik dəyişiklik və rəng tonu fərqinin olduğu açıq-aşkar ortadadır.
Ermənistanın 1918-ci ilə aid himn, gerb və bayrağı daşıması, dövlət atributu sayması həm də Demokratik Respublikanın varisi olduğunu göstərir. Lakin İrəvan anlayır ki, özünü Ermənistan Demokratik Respublikasının varisi və davamçısı sayaraq, sərhədlərin delimitasiya və demarkasiyasının 1970-1980-ci il xəritələri ilə müəyyən edilməsinə nail ola bilməyəcək. Buna görə də tədricən onlardan imtina edir.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi