Adı gündəmdən düşməyən icra başçısı: "Qohumlar, doğmalar ciddi narahatlıq keçirir..."

img

18-06-2014 [12:46]


"Səhhətimdə yüngül problemlər var idi, o da artıq aradan qaldırılıb. Ürək damarlarımın birində yaranmış problem həkimlərin səyi ilə bu ayın əvvəlində qısa zaman ərzində həll edildi. O vaxtdan iş başındayam və şükür Allaha ki, səhhətimlə bağlı heç bir narahatlıq yoxdur”.

Mia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səhhəti ilə bağlı dünən saytımızda gedən xəbərə münasibət bildirərkən dedi. O, müayinə və ya müalicə üçün Türkiyəyə qaldırılmasının şayiə olduğunu, Dövlət Gömrük Komitəsinin Mərkəzi Klinikasında bir neçə günlük müalicədən sonra iş başına döndüyünü və o vaxtdan özünü gümrah hiss etdiyini bildirdi:

"Əslində, mənim yaşda olan adamın səhhətinin bu qədər müzakirə olunması normal deyil, çünki hələ səhhət narahatlığı yaradan yaşda deyilik. Bilirəm ki, vəzifə daşıyan şəxsin hətta şəxsi həyatı da siz jurnalistlərin diqqətində olur və bəzən xəbərlərdə ciddi yanlışlıqlara da yol verilir. Mətbuata açıq biri olan adam kimi hər zaman bu məsələlərə dözümlü yanaşmışam və səhhətimlə bağlı jurnalistlərin xəbər yazmasına görə də narahat deyiləm. Ancaq təəssüf ki, belə xəbər yayılanda qohumlar, doğmalar ciddi narahatlıq keçirir, üzüntü yaşayır, ardıcıl zənglər gəlir. Buna görə də jurnalistlərdən ricam odur ki, bu məsələyə bir qədər həssas yanaşsınlar və dəqiqləşməmiş məlumatı verməklə boş yerdən narahatlıq yaratmasınlar”.

Xatırladaq ki, bu il iyunun 5-də Lənkəran şəhər icra başçısı Taleh Qaraşov Dövlət Gömrük Komitəsinin Mərkəzi Xəstəxanasında müalicə alıb və ürək damarının birinə stend qoyulub. 

Bu müddətdə, yəni Taleh Qaraşovun əməliyyat olduğu ərəfədə isə onunla bağlı bir neçə qalmaqallı xəbərlər də yayılıb. Xüsusiylə Lənkəranda Nürəddin Qurbanov adlı həkimin başına gətirilən olaylar xəbər portallarının günədmi oldu. Qeyd edək ki, bu olayla bağlı Mia.az-da geniş araşdırmalar aparılır və yaxın günlərdə oxuculara təqdim olunacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA