Partiya sədri: "Seçki heç bir dəyişikliyə yol açmayacaq" - "Ola bilsin ki, bəzi vəzifəli şəxslər işdən çıxarılacaq, lakin..."
31-01-2024 [16:05]
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Sabah”a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Fevralın 7-də prezident seçkiləri keçiriləcək. Sizin partiyanız bu seçkilərdə iştirak etməyəcək. Görünən odur ki, ADP hazırda tamamilə siyasi arenadan təcrid olunmuş vəziyyətdədir. “Kölgə”yə çəkilməyinizə səbəb nədir?
- Biz bu seçkilərdə öz namizədimizlə iştirak etmədiyimiz üçün aktiv fəaliyyət göstərmirik. Amma ümumi şəkildə nümayəndələrimiz müşahidəçi kimi qeydiyyata alınıblar və biz onlara imkan vermişik ki, şəxsi qaydada simpatiya bəslədiyi liderlərə dəstək versinlər. Partiyanın öz namizədi olmadığına görə, namizədi olan partiyalardan fərqli olaraq biz bu seçkilərdə aktiv iştirak edə bilmərik.
- 7 fevral seçkiləri ilə bağlı siyasi çevrələrdə və cəmiyyətdə çoxlu gözləntilər var. Siz bu seçkilərdən nə gözləyirsiniz?
Mən seçkilərdən ciddi nəticə gözləmirəm. Yəni status-kvo saxlanılacaq və İlham Əliyev yenidən prezident seçiləcək. Çünki namizədlərin içərisində düşündüyümüz kimi ciddi, alternativ və İlham Əliyevdən fərqlənən bir namizəd yoxdur. Bu baxımdan, fikrimcə, hər şey eyni olacaq.
- Prezident seçkiləri idarəetmədə hansı dəyişikliklərə yol aça bilər?
- Məncə, bu, heç bir dəyişikliyə yol açmayacaq. Mənim belə bir gözləntim yoxdur. Düşünürəm ki, Azərbaycan ətalət üzrə inkişaf edəcək.
- Konstitusiya islahatları barəsində də tez-tez danışılır. Sizcə, bu, realdırmı?
- Azərbaycanda gedən indiki proseslərə baxanda deyilənlərin olma ehtimalı 0-a yaxındır. Əgər fundamental islahatlar nəzərdə tutulsaydı, indidən bununla bağlı hakimiyyətdə və cəmiyyətdə ciddi dəyişikliklər, aktivlik olardı. Lakin proseslərin gedişatı mənə bunu deməyə əsas verir ki, deyilənlərin heç biri həqiqətə uyğun deyil. Yəni nə idarəetmədə dəyişiklik olacaq, nə də digərlərində. Ola bilsin ki, bəzi vəzifəli şəxslər işdən çıxarılacaq, lakin onların prinsipi, xarakteri və mahiyyəti dəyişməyəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi