Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
31-01-2024 [00:02]
Qoç - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə səmimi olun. İşdə həmkarlar, özəl fəaliyyətdə isə tərəfdaşlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmağın yolu normal, sakit müzakirələrdir. Maliyyə vəsaitinin bölüşdürülməsi ilə bağlı məsələləri araşdırın.
Günün ikinci yarısında planlarınızdan bəzilərini dostlar və yaxınlarla təhlil etmək olar. Qarşılıqlı anlaşamaya nail olmaq asan deyil. Sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq üçün ona axşam saatlarında romantika bəxş edin.
Buğa - kommersiya və ticarət üçün əlverişli gündür. Problemlərin həllinə yaradıcı yanaşın. Təhsil alırsınızsa, fənn tapşırıqlarını daha yaxşı əxz edəcəksiniz. Yaxın ətrafınızdakı insanlardan fərqlənmək istəyirsinizsə, bacarıqlarınızı göstərin. Eqoist, xudpəsənd olmayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətləriniz əhvalınızdan asılı olacaq. Axşam saatlarını səsli-küylü məsclislərdə keçirməyin. Uzaq yola çıxmayın. Sükan arxasında ehtiyatlı davranın. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - uzun səfərə yollanmaq üçün yaxşı zamandır. Təcrübəli insanlarla görüşmək, cari problemlərin həll yollarını aramaq olar. Fəaliyyətinizin əlavə gəlir gətirməsi üçün yaxşı çalışın. Başqalarının maraqlarına toxunacaq addımlar atmayın.
Günün ikinci yarısında maliyyə məsələlərində diqqətli olun. Peşəkar fəaliyyətinizdə yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Gəlir və maliyyə məqamlarını ailə üzvləri ilə birlikdə müzakirə edin. Subaysınızsa, qarşılaşdığınız qeyri-adi insana fikir verin.
Xərçəng - ağır, əndişəli, qarışıq bir gündür. Başladığınız işləri yarımçıq qoymayın. Peşəkar fəaliyyətlə bağlı müzakirələri uzatmayın. Mübahisə etməyin, dartışmalardan kənar durun. Risk etməyin. Sükan arxasında ehtiyatlı davranın.
Günün ikinci yarısında ailədəki münasibətlərdə yeniliklərə ehtiyac var. Yaxınlarınız arasındakı qovğaya qatılmayın, çünki kiminsə tərəfini tutmağa çətinlik çəkəcəksiniz. Səliqəli olun. Axşam saatlarında çox yeməyin.
Şir - mövqeyinizi yaxın ətrafınızdakı insanlara zorla qəbul etdirməyə çalışmayın. Yalnız sizi maraqlandıran məsələləri müzakirə etməyə çalışmayın. Təşəxxüslü davranış işlərin gedişatına mənfi təsir edəcək.
Günün ikinci yarısında daşınmaz əmlak məsələlərinin həlli və sənədləşdirmə işləri pis alınmayacaq.
Ailə üzvlərinin qayğılarının həllində onlara yardım edin. Sözlərinizə diqqət yetirin. Sizə önəm verən insanların dəyərini bilin.
Qız - adi günlərdən fərqli olaraq bu gün işlər və qayğılar çoxdur. Eqoist olmayın, təkəbbürlü insan təsiri bağışlamayın. Belədə yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pozula bilər. Cəmiyyətdəki mövqelərinizi və yerinizi düşünün.
Günün ikinci yarısında zərərli vərdişlərdən qurtulmaq zamanı gələcək. Ailə həyatına "hampa" yanaşması yaxınlarınızla münasibətlərinizi korlaya bilər. Hisslərə qapılmayın, emosional davranmayın. Münaqişələrə səbəb olmayın.
Tərəzi - günün ilk yarısındakı gözlənilməz hadisə sizdən qeyri-tipik davranış tələb edəcək. İşlərdəki çətinlikləri dəf etmək üçün qüvvə və səbrə ehtiyacınız var. Bədbinliyə qapılmayın. Bütün bunlar sizin üçün əvəzolunmaz təcrübədir.
Günün ikinci yarısında bəzi məsələlərlə bağlı mövqelərinizdə köklü dəyişikliklər istisna olunmur. Sevdiyiniz insanla aranızda son günlər müşahildə olunan sərinliyin aradan qaldırılmasının ən yaxşı yolu səmimi söhbətdir. Sizi narahat edən problemlər barədə onunla açıq danışın. Alicənab, qayğıkeş olun.
Əqrəb - intuisiyanıza güvənin. Hadisələrin axarında qəfil dəyişikliklər ola bilər. Situasiyaya təsir edən amilləri araşdırın. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Rəqiblər yeni tələlər hazırlayır, intriqalar qururlar.
İnandığınız insanla günün ikinci yarısında yeni işbirliyinə başlamaq olar. Sevdiyiniz insanla təmaslarınız, yaxınlarınızla ünsiyyətiniz stabil olmalıdır. Harmoniyaya can atın. Aildəki durum sizdən asılı olacaq.
Oxatan - günün ilk yarısında vəziyyət stabillik və sakitlikdən çox uzaqdır. Əlavə işlər, qəfil tapşırıqlar olacaq. Səlahiyyət dairənizə bilavasitə daxil olmayan işləri həvalə etsələr, yaxşıca düşünün. Birgə çalışacağınız insanları yoxlayın, təftiş edin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl situasiyanı təhlil edin, təklifi araşdırın.
Günün ikinci yarısında yeni layihəni ertələyin. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək. Əsəblərin gərilməsi yuxusuzluq yarada bilər.
Oğlaq - məqsədlərinizi dəqiqləşdirin, nə istədiyinizi dəqiq bilin. Planları həyata keçirmək üçün rasional variantları arayın. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş istisna deyil. Belə imkanlar olacaq.
İş yerinizi dəyişmək barədə düşünürsünüzsə, tələsməyin. Daha yaxşı şərtlər və üstün maaşın olduğu yeri arayın. Davranış stilinizə yeniliklər edin. Köhnə, zərərli vərdişlərdən əl çəkmək zamanıdır.
Günün ikinci yarısında yaxınlarınızın dediklərinə qulaq asın. Yadların təsirinə düşməyin. Axşam saatları romantik anlar bəxş edəcək.
Dolça - bizneslə bağlı planlaşdırılmamış xərclər ola bilər. Əhvalınız yaxşı olmalıdır. Pozitiv insan təsiri bağışlayın. Rəqib və ya düşməni dosta çevirmək üçün real imkanlarınız var. İşdə və ya evdə münaqişələr yaranarsa, onları səbrlə, təmkinlə çözməyə cəhd göstərin.
Günün ikinci yarısında yaxınlarınız və dostlarınızla səmimi davranın. Axşam saatlarında maraqlı insanla tanış ola bilərsiniz. Mükalimələrdə hissə qapılmayın.
Balıqlar - günün ilk yarısından etibarən başqalarının problemləri ilə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Tərəfdaşlarınızla münasibətlər gərginləşəcək, onlara tam etibar edə bilməyəcəksiniz. Hadisələrin axarında qəfil dəyişikliklər işgüzar fəaliyyət sahəsində çətinliklər yaradacaq.
Günün ikinci yarısında emosiyalarınıza hakim ola bilməsəniz, ailədə söz-söhbət başlaya bilər. Ən pis sülhün ən yaxşı davadan əfzəl olduğunu unutmayın. Münaqişələrin danışıqlarla, dinc yolla həll yollarını arayın. Yeni əlaqələrin bünövrəsini qoymaq olar.
Milli.Az
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ