AŞPA-da Bakıya xəyanət edən üç dost ölkə... (TƏHLİL)
30-01-2024 [16:25]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul etməsi təşkilatın gerçək üzünü bir daha ortaya qoydu. Prinsip etibarilə AŞPA-nın sərgilədiyi mövqe Bakı üçün yad deyil. Ümumiyyətlə, rəsmi Bakı bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb. Bu gün də vəziyyət dəyişməyib.
Diqqətçəkən əsas məqam AŞPA-nın Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar qəbul edərkən dost, tərəfdaş saydığımız ölkələrin sərgilədiyi mövqedir. Xüsusilə Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin mövqeləri rəsmi Bakı üçün sözün əsl mənasında məyusedici oldu.
Aydın məsələdir ki, AŞPA-nın qərarının insan hüquqları ilə əlaqəsi yoxdur. Bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı açıq qisas cəhdidir. Lakin dost bildiyimiz ölkələrin bu qisas cəhdinin bir parçası olması gözlənilməzdir. Belə ki, Moldova Azərbaycanın əleyhinə səs verdi, Ukrayna və Gürcüstan isə ümumiyyətlə səsvermədə iştirak etmədi.
Ukrayna, Moldova və Gürcüstanda mövcud separatçı rejimlərlə yanaşı, ortada rəsmi Bakının tarixə gömdüyü keçmiş qondarma rejimlə bağlı tarixi faktlar varikən niyə belə adddəm atılıb?
Bu üç ölkənin adını çəkməyim təsadüfi deyil:
Birincisi, Gürcüstan, Ukrayna və Moldova separatizmdən əziyyət çəkən ölkələrdir. Bundan başqa, Gürcüstan 2008-ci ildə, Ukrayna isə illərdir Rusiya işğalına məruz qalır. Yəni hər üç ölkə həm separatizm, həm də işğal faktoru baxımdan Azərbaycana dəstək olmalı, həmrəylik göstərməli idi.
İkincisi, bu gün Azərbaycanın ayrı-ayrılıqda hər üç ölkə ilə yüksək səviyyədə münasibətləri var. Rəsmi Bakı Ukraynaya dəfələrlə yanacaq və humanitar yardım göndərib. Özü də bunu Rusiya faktoruna rəğmən edib. Gürcüstan, Moldovaya gəldikdə isə, Azərbaycan bu ölkələrə ucuz mavi qaz satır. Bir çox ölkələrə tətbiq edilən qaz tarifi bu ölkələrə edilmir.
Üçüncüsü, Ukrayna, Moldova və Gürcüstan Azərbaycanın da yer aldığı GUAM təşkilatının üzvləridir. Eyni təşkilatın üzvü olan ölkələrin AŞPA-da rəsmiu Bakını dəstəkləməməsi GUAM-dakı münasibətlər fonunda təəssüf doğurur. Onu da qeyd edim ki, 2024-cü ildə GUAM-a Azərbaycan sədrlik edir. Yəni Ukrayna, Moldova və Gürcüstan həm də GUAM təşkilatının hazırkı sədrinə arxadan zərbə vurdular. Şübhəsiz, bu vəziyyət GUAM-a təsirsiz ötüşməyəcək.
Nəticə etibarilə dost adlandıra biləcəyimiz üç ölkənin xəyanəti rəsmi Bakının xarici siyasətini yenidən nəzərdən keçirməsini zəruri edir. Düzdür, Azərbaycan bu məsələyə görə adıçəkilən ölkələrlə münasibətləri pisləşdirməyəcəyi, lakin bundan sonra atılacaq addımlarda sözügedən zərbənin nəzərə alınacağı ehtimalı yüksəkdir...
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi