AYB-yə 500 manatla üzv qəbul edirlər! - QALMAQAL

img

18-06-2014 [00:08]


Şair Məmməd İsmayıl AYB-nin XII qurultayında sərt çıxış edib.

 Kulis.Az-ın qurultayda iştirak edən əməkdaşının verdiyi məlumata görə, o, qurultayın başqa cür keçiriləcəyini gözlədiyini deyib, bildirib ki, Anarı müdafiə etməyin mənası yoxdur, alternativ fikirlərə yer vermək lazımdır, biz bilirik AYB-yə necə üzv qəbul olunublar. 500 manatla üzv qəbul edirlər! O, əlavə edib ki, alternativ fikirli gənclik niyə burda yoxdur?

Anar Məmməd İsmayılın çıxışına münasibət bildirərək, söyləyib ki, siz uzun müddətdir ölkədə yoxsunuz, ona görə ədəbiyyatın vəziyyətini dəqiq qiymətləndirə bilmirsiniz. 

Şair Ənvər Əhmər də çıxışında Məmməd İsmayılı ittiham edib, onun 500 manata üzv qəbul olunması ilə bağlı fikirlərinə etirazını bildirib. Məmməd İsmayıl yerdən Ənvər Əhmədə cavab vermək məcburiyyətində qalıb.  

Ənvər Əhməd çıxışında Anarı xeyli tərifləyib. Buna münasibət bildirən namizəd belə deyib: "Məni çox tərifləməyin, bəzilərinin qarnı ağrıyır!"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA