Artur Rasizadə ailəsi ilə xaricdə dincəlir

img

17-06-2014 [16:22]


Azərbaycan respublikasının baş naziri Artur Rasizadə Belorusdadır. 

Bu barədə müsavat.com-a Nazirlər Kabinetindəki qaynaqlardan məlumat daxil olub. Məlumatda bildirilir ki, baş nazir hazırda məzuniyyətdədir və ailəsi ilə birlikdə Belorusun  "Azyorı” sanatoriyasında dincəlir. Məlumata görə, baş naziri qızı və onun həyat yoldaşı da müşayiət edirlər. 

Müxbirimiz bu məlumatı təsdiqlətmək üçün NK mətbuat xidmətinə telefon açıb. Telefonu qaldıran bir xanım əməkdaş deyib ki, bu sualları mətbuat xidmətinin rəhbəri Akif Əliyə verməliyik: "O da işdə yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA