“Nə özümü, nə də nümayəndə heyətini müdafiə etmək kimi niyyətim var" - Deputat
26-01-2024 [17:36]
“Nə özümü, nə də nümayəndə heyətini müdafiə etmək kimi niyyətim var. Nə desəm, qərəz yaranacaq. Amma demək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da ən fəal nümayəndə heyətlərindən biridir. Fəallıq reytinqində Azərbaycan 3-cü yerdə idi. Qərarın bizdən qaynaqlanan və bizdən qaynaqlanmayan səbəbləri var. İnsan haqları, demokratiya və s. məqamlar var. Oktyabr ayında qəbul ediln qətnamədə Azərbaycana həyasızcasına böhtan atılıb. Etnik təmizləmə, Laçın dəhlizini bağlamaq, dini azadlığa qədər çeşidli böhtanlar atılıb”.
Bu fikirləri Sevinc Telmanqızının təqdimatında TV Musavatın efirində yayımlanan “Canlı debat” verilişində millət vəkili Erkin Qədirli deyib.
O bildirib ki, millət vəkili kimi hər zaman seçki, siyasi məhbuslar və s. barədə məsələləri həm komitə iclaslarında, həm də AŞPA-da səsləndirib: “Bu məsələlərə görə nəinki Azərbaycan nümayəndə heyətinin səlahiyyətini dayandırmaq, Azərbaycanı üzvlükdən də çıxara bilərdilər. Bunun üçün kifayət qədər əsas var idi. Əsas məsələ zamanla bağlıdır. Niyə qərar məhz indi verildi?
Birincisi, qərarın Qarabağda əldə olunan qələbə ilə əlaqədar olması doğrudur. AŞPA-da bu qələbəni həzm edə bilməyənlər çoxdur. Qarabağda ermənilər yaşadığı müddətdə qələbəyə dözümlü yanaşırdılar. Hətta rus sülhməramlılarının gəlişini alqışlayanlar var idi. Onlar Cənubi Qafqazdakı məsələlərdə Rusiya ilə əlbirdirlər. Sentyabrda keçirilən anti-terror tədbirləri, ardınca ermənilərin Qarabağı tərk etmək qərarını həzm edə bilmədilər. Bu onların iç üzünü göstərdi. Ötən il iki qətnamə qəbul edildi. Öncə Laçın dəhlizi, daha sonra Ağdam yolu ilə bağlı ittihamlar səsləndi. Heç bir haqlı arqumentimizi qəbul etmirdilər. İkinci biabırçı qətnaməyə 60-dan çox düzəliş verdik”.
E.Qədirli qeyd edib ki, qərarın qəbul edilməsinin əsas səbəbi növbədənkənar prezident seçkisi ilə bağlıdır:
“Biz məsələnin bu həddə gələcəyini gözləyirdik. Məhz 19 sentyabr əməliyyatına görə səlahiyyətlərimizin sorğulanacağı gözlənilirdi. ATƏT-in dəvət olunması, AŞ-nin isə dəvət olunmaması onları çox acıqlandırıb. Bizə dedilər ki, AŞPA-nın nümayəndə heyətini seçkini müşahidə etmək üçün çağırın, qərarı səsverməyə çıxarmayaq. İlkin qərarı özümüz verdik, lakin bəyanatın mətni Bakıya göndərildi və son variant Bakıdan gəldi. Bir sözlə, nümayəndə heyətinin qərarı rəsmi Bakı ilə razılaşdırılıb. AŞPA biabırçı haqsızlıq etdi”(Musavat.com)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi