İmişlidə qeyri-adi hadisə: Bəylə gəlin ağaca dırmaşıb, canavar kimi ulayıblar

img

17-06-2014 [15:39]


İmişlidə gənclər ailə həyatına doğru uzanan çətin yolun öhdəsindən rahatlıqla gəliblər. Hətta toyları da olub. Amma nə baş veribsə də, məhz toydan sonra olub. Təzə bəylə gəlinin davranışları tamamilə dəyişib.


ANS TV xəbər verir ki, İmişlidə yeni ailə quran cütlük öz hərəkətlərilə hər kəsi şoka salıb. Toyun səhəri günü həyətdəki ağaca çıxan təzə bəy və gəlin, canavar kimi ulamağa başlayıblar. 


Rayon sakinlərinin sözlərinə görə, onlar təkcə canavarı deyil, bir neçə heyvanı təqlid edirmiş. Hətta vəziyyət o yerə çatıb ki, cavanlara bir kimsə yaxınlaşmağa belə cürət etmirmiş. Müəmmalı hərəkətlərin səbəbini öyrənməyə və gənclərə kömək etməyə çalışan rayon sakinlərinin sonda köməyinə çatan olub...

 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA