17-06-2014 [15:03]
"Eurovision
Bu barədə Mia.az-a daxil olan məlumata görə, Samir Saniyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev və onunla birlikdə barələrində hökm çıxarmış iki hakimə şarşı maddi və mənəvi təzminat irəli sürüblər: «Onun iddiasına 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Ancaq həmin məhkəmə məhkumun iddiasını təmin etməyib. Həmin məhkəmənin qətnaməsindən verilmiş şikayət hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin icraatındadır. Mirzə Tağızadə hakimlərə şaarşı maddi və mənəvi təzminat tələbindən bəhs edən şikayətə iyunun 17-də baxacaq».
Mia.az onu da bildirir ki, hakim Əfqan Hacıyevin Samir Saniyev və digərləri haqqında 25 noyabr 2013-cü il tarixli hökmündən də şikayət verilib. Həmin şikayət isə Bakı Aapellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun icraatındadır. Lakin Vüqar Məmmədov Samir vvə digərlərinin hakimlərlə bağlı digər şikayətlərini nəzərə alaraq, hökmdən verilmiş şikayətə baxışı qeyri-mmüəyyən müddətə təxirə salıblar.
Mia.az xatırladır ki, adıçəkilən məhkum 2012-ci ildə musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirliyi antiterror əməliyyatı zamanı saxlanılıb. Həmin vaxtı MTN-in İctimai Əlaqələr Mərkəzininin yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə zərərsizləşdirilb:
"Bildirildiyi kimi, xüsusi təlim keçmiş, müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğular, həmçinin digər hərbi ləvazimatlarla təchiz edilmiş silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək olmuşdur. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və digər təhlükəli aksiyaların törədilməsi nəzərdə tutulub. Eyni zamanda, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməklə əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılıb. Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulub. Azərbaycan Respublikasının ictimai-siyasi həyatını ciddi təhdid edən həmin təhlükəli transmilli cinayətkar silahlı birləşmənin zərərsizləşdirilməsi, terrorçuluq hərəkətlərinin vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabran rayonlarında irimiqyaslı xüsusi əməliyyatlar keçirilib. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınıb, o cümlədən Vüqar Padarov məhv edilib, silahlı birləşmənin əksər üzvləri tərkisilah edilərək tutulublar”.
Qeyd olunub ki, təhlükəli transmilli cinayətkar silahlı birləşmənin əsas
məqsədlərindən biri "Eurovision-
Məlumatda bildirilib ki, yuxarıda qeyd olunan silahlı birləşmənin digər
üzvlərinin zərərsizləşdirilməsi, onların planlaşdırdıqları başqa hüquqazidd
hərəkətlərin qarşısının alınması məqsədilə davam etdirilən antiterror
əməliyyatı nəticəsində dəstənin daha 22 üzvü yaxalanıb. 2012-ci il may ayının
16-da Bakı şəhərinin Nizami rayonunda keçirilən antiterror əməliyyatı zamanı
isə silahlı birləşmənin üzvlərindən biri Azərbaycan Respublikanın vətəndaşı
Hüseynov Timur Ruslan oğlu MTN-in xüsusi təyinatlılarının təslim olmaq barədə
qanuni tələbinə tabe olmayaraq odlu silahdan atəşlər açıblar. Xidməti
vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı
həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət
göstərən Timur Hüseynov məhv edilib. Əməliyyatın gedişində MTN-in 2 əməkdaşı
müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Əməliyyat zamanı dəstənin rəhbərlərindən biri, beynəlxalq terrorçu şəbəkə
tərəfindən Azərbaycanda terrorçuluq aksiyalarının törədilməsi üçün Vüqar
Padarovla eyni dərəcədə səlahiyyət verilərək "əmir” təyin edilmiş "Əbu Ubeydə”
ləqəbli Saniyev Samir Fəxrəddin oğlu aradan çıxa bilib. Onun tutulması üçün
kompleks əməliyyat-axtarış tədbirləri keçirilmiş, bütün əlaqədar orqanlar məlumatlandırılıb.
Samir Saniyev Azərbaycanın hüdudlarını tərk etməyə cəhd göstərərkən Qazax
rayonunda polis işçiləri tərəfindən yaxalanıb. Bu zaman o, silahlı müqavimət
göstərib, tapançadan atəş açaraq polis nəfərini yaralayıb. Samir Saniyev
tərksilah edilib, ondan bir ədəd "Steçkin” markalı tapança, ona aid 40 patron
və 2 daraq götürülüb.
Silahlı birləşmə üzvlərinin hüquqazidd əməlləri üzrə aparılan istintaq
prosesində məlum olan xüsusatlardan əlavə digər yeni faktlar da üzə çıxıb.
Müəyyən edilib ki, 2011-ci ilin fevral ayında Dağıstanın Kadar kəndi
yaxınlığında təşkil olunmuş "Dağıstan əmirlərinin şurası”nda Azərbaycanda
silahlı cihadın edilməsi ilə bağlı müzakirələrdə Vüqar Padarov və barəsində
əvvəllər məlumat verilmiş Elmir Nurəliyevlə yanaşı, Samir Saniyev də iştirak
edib.
Sonda "əmirlər şurası” tərəfindən Vüqar Padarova, Samir Saniyevə və Elmir
Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul verilib. "Dağıstan
cəbhəsinin əmiri” "Saleh” ləqəbli İbrahimxəlil Daudov yaradılmış yeni silahlı
birləşməyə "Busra” ləqəbli Vüqar Padarovu "əmir” təyin edib və bu barədə
videogörüntülü müraciət sonuncunun mobil telefonunun yaddaşına yazılıb.
2011-ci ilin iyul ayında Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev
müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət
sərhədini Rusiya Federasiyasının Dağıstan Respublikasından Qusar rayonu
istiqamətində qanunsuz keçərək Azərbaycana gəliblər. Əvvəlcədən əldə olunmuş
razılaşmaya əsasən Qusar rayonunda Vüqar Padarov, Samir Saniyev və Elmir
Nurəliyevi dəstənin üzvü Əmir Muradov qarşılamış və onları idarə etdiyi
avtomaşınla əvvəlcə Sumqayıt şəhərinə aparıb. Samir Saniyev buradan Bakı
şəhərinə, Vüqar Padarov, Elmir Nurəliyev və Əmir Muradov isə Zaqatala şəhərinə
yola düşüblər.
Eyni zamanda, məlum olub ki, beynəlxalq terror şəbəkəsi tərəfindən Azərbaycanda
silsilə terrorçuluq aksiyalarının keçirilməsi, əhali arasında vahimə, etnik və
dini zəmində qarşıdurma yaradılması, sabitliyin pozulması və beynəlxalq aləmdə
respublikanın nüfuzuna xələl gətirilməsi üzrə verilən göstərişlərin həyata
keçirilməsi məqsədilə Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev həmçinin
müxtəlif vəzifələr üzrə həm birlikdə, həm də ayrılıqda fəaliyyət göstərmələri
barədə təlimatlandırılıblar. Belə ki, tapşırıqlara əsasən, Vüqar Padarov və
onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri tərəfindən cari ilin aprel
ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan
səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirilməli, habelə
eyni vaxtda hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil edilməli, bu
strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat
ələ keçirilməli, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahlar,
məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi.
Elmir Nurəliyev isə Vüqar Padarovla əlaqəli şəkildə Bakı şəhərində qeyd olunan
terrorçuluq aksiyalarının törədilməsi məqsədilə zəruri məlumatların əldə
edilməsi üçün kəşfiyyat işləri apararaq, hücum hədəflərinin, o cümlədən bir
sıra dövlət orqanlarının yerləşdikləri ərazilərin sxemlərini, iş rejimini,
xidməti personalının sayını, snayper mövqelərini və digər faktorları
müəyyənləşdirməli idi. Samir Saniyev öz növbəsində rəhbərlik etdiyi silahlı
qrupun üzvləri ilə birlikdə Bakı şəhərində əcnəbilərin daha çox olduqları və
qaldıqları yerlərdə, o cümlədən "Hilton Baku” və "JW Marriot Hotel Absheron” və
digər mehmanxanalarda, eləcə də hər vəchlə biletlər əldə etməklə "Eurovision-
Bundan başqa, məlum olub ki, terrorçuluq aksiyalarını törətmək məqsədilə Samir
Saniyev özü ilə gətirdiyi maliyyə vəsaitləri hesabına "Nissan Pathfinder”
markalı avtomaşın da alıb: "Onun planına görə, əvvəlcədən tədarük edilmiş
partlayıcı maddələr həmin avtomaşına, eləcə də dəstənin digər üzvlərinə məxsus
nəqliyyat vasitələrinə yerləşdirilməli, bundan sonra paytaxtın baş meydanında,
Azərbaycanın dinamik inkişafının simvollarından olan "Hilton Baku” və "JW
Marriot Hotel Absheron” və digər mehmanxanaların avtopark yerlərində
saxlanılmalı idi. Timur Hüseynov isə həmin vaxtda beynəlxalq musiqi yarışmasının
final mərhələsinə bilet əldə edərək "Baku Crystal Hall”a daxil olmalı və
özlərinin xüsusi hazırladıqları, mütəxəssislər tərəfindən "şok
bombası" kimi tanınan partlayıcını işə salmalı və nəticədə tamaşaçılar
arasında tələfata və xəsarətlərə hesablanmış kütləvi basırığa nail olmalı idi.
Eyni vaxtda mehmanxanaların qarşısında saxlanılmış avtomaşınlardakı partlayıcı
maddələr məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan
partlayışlar törədilməli idi. Həmçinin eyni üsulla partlayıcı maddələr
yerləşdirilmiş daha bir avtomaşının Bayıl qəsəbəsinin Bayraq Meydanına yaxın
yaşayış binalarından birinin həyətində partladılması da nəzərdə tutulub. Lakin
həyata keçirilmiş qabaqlayıcı antiterror tədbirləri, eləcə də hüquq mühafizə
orqanları əməkdaşlarının peşəkarlığı və həyatları bahasına göstərdikləri şücaət
nəticəsində kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və digər
terror-təxribat əməllərinin qarşısı vaxtında və qətiyyətlə alınıb”.
Məlumata görə, indiyədək silahlı birləşmənin 40 üzvü yaxalanıb, ümumən onlardan
terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 13 ədəd avtomat silah,
1 ədəd «RPK» tipli əl pulemyotu, 12 ədəd müxtəlif tipli tapança, 3 ədəd
karabin, 3424 ədəd müxtəlif çaplı patron, avtomat silah və tapança üçün 66 ədəd
daraq, 23 ədəd "RQD-
Qeyd olunub ki, götürülmüş partlayıcı qurğuların içərisində adi yoxlayıcı
detektorlarla müəyyən edilməsi mümkün olmayan və xarici görünüşünə görə şübhə
doğurmayan, əsasən kütləvi tədbirlərin keçirildiyi yerlərdə çoxlu sayda
insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına səbəb ola
biləcək güclü dağıdıcı qüvvəyə malik partlayıcı maddələrin hopdurulduğu adi
qəzet bükülüsü olan 1 ədəd silindrik formalı partlayıcı qurğunun dəstə üzvlərindən
aşkarlanması beynəlxalq terror şəbəkəsinin niyyət və məqsədlərinin miqyasını
aydın şəkildə göstərir.
Qeyd edək ki, saxlanılan 40 nəfərin cinayət işi bir neçə qrupa ayrılıb.
Onlardan bir qrupuna hökm oxunub, bir qrupunun işinə isə hazırda məhkəmədə baxılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi