Əhmədlidə həyətin idman meydançasını satıblar

img

17-06-2014 [14:14]



Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsinin sakinləri iyunun 16-da maraqlı hadisə ilə üzləşiblər. Tusi-21 ünvanda yerləşən həyətdə idman meydançasında quraşdırılmış dəmir oturaqcaqlar, yelləncəklər və köşk (çardaq) qaynaqla kəsilərək yerə atılıb. Qeyri-iş günü olmasına baxmayaraq əraziyə baxan 88 saylı MİS-in işçiləri ərazidə təmizlik aparırdılar. Bu, sakinlərdə şübhə yaradıb. Əraziyə toplaşan sakinlərin araşdırmasına görə, idman meydançasının yeri maşın dayanacağı yaratmaq istəyən naməlum iş adamının güdazına geidb. Dəmir çardağı da o sökdürüb. Küçənin sakini Zakir Hüseynov deyib ki, çardağı söküblər ki, sakinlər buna öyrəşsin, sonra sakinlərin istirahət yeri olan idman meydançası avtomobil dayanacağına çevrilsin: "Bu barədə lazımi orqanlara müraciət edəcəyik. Əgər bu işdə 88 saylı MİS-in əli varsa, yuxarı instansiyalara müraciət edəcəyik. Belə özbaşınalıq olmaz! Bu balaca yer sakinlərin yeganə istirahət yeridir. Bunu da əlimizdən alıb iş adamlarına satmaq istəyirlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA