Lavrovun qəzəbli açıqlaması: “Qarabağdakı sülhməramlıların qalma müddəti…” (TƏHLİL)
25-01-2024 [12:08]
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorkda keçirilən mətbuat konfransında rus sülhməramlıları ilə bağlı məsələyə də toxunub.
O, sülhməramlıların Qarabağda qalmasının Ermənistana aidiyyəti olmadığını, bunun Moskva ilə Bakı arasında müzakirə edildiyini vurğulayıb.
“Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb. Bizim orada sülhməramlılarımız var, amma bu məsələ artıq Ermənistana yox, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid məsələdir”, – Lavrov deyib.
Rusiya XİN rəhbərinin bu açıqlaması Azərbaycanın maraqlarına uyğun görünsə də, təcrübəli qurd diplomat Ermənistana sətiraltı mesaj verməyi yenə bacarıb. Lavrovun “Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb” cümləsində “hər kəs” sözü diqqət çəkir. O, belə deyərək topu Ermənistanın üzərinə atır. Yəni Qarabağı hər kəs, o cümlədən Ermənistan da Azərbaycan ərazisi kimi tanıyıb. Bu, əslində Rusiyanın sözügedən məsələdə rəsmi İrəvana nə qədər qəzəbli olduğunu göstərir. Çünki prosesin bu həddə gəlib çatması Rusiyanın planları əsasında baş tutmayıb. Kreml ən yaxşı halda keçmiş status-kvonun saxlanılması şərtilə münaqişənin davamlı olmasını, beləliklə Cənubi Qafqazdakı gücünü qorumaq istəyirdi.
Lavrov Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyəti olmadığını deyərkən İrəvanın söz haqqını itirdiyi mesajını verir.
Prinsip etibarilə Kreml Qarabağ məsələsində məğlub olsa da, “sülhməramlılar kartı”nı əlində saxlamaqda maraqlıdır. Moskva bu məsələdə Bakı ilə uzlaşa biləcəyini düşünür. Lakin Azərbaycan sülhməramlıların səlahiyyət müddətinin uzadılmasında maraqlı deyil. Məsələ ondadır ki, sülhməramlıların Azərbaycanda qalması üçün səbəb yoxdur. Hazırda sülhməramlılar sadəcə minatəmizləmə işinə dəstək verir.
Nəticə etibarı ilə fors-major hal yaşanmasa, sülhməramlılar 2025-ci ildə Qarabağı tərk edəcəklər.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi