Azərbaycan icması ermənilərin Niderlanddakı təxribat xarakterli yürüşlərinin ləğvini tələb edib
24-01-2024 [15:18]
Haaqa şəhərində fəaliyyət göstərən Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti erməni icmasının “Azad Artsax” adlı təxribat xarakterli yürüşlərinin ləğv olunması tələbi ilə Almelo və Amsterdam şəhər meriyalarına müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, cəmiyyətin sədri Frəngiz Bağırovanın adından hər iki şəhər merinə ünvanlanan müraciətdə bildirilib ki, erməni icmasının 27-27 yanvarda “Azad Artsax” adı ilə keçirməyə hazırlaşdığı yürüşün keçirilməsi yolverilməzdir. Nəzərə çatdırılıb ki, Almelo və Amsterdam bələdiyyələrinin mövcud olmayan “dövlət”in müdafiəsi ilə bağlı yürüşlərin keçirilməsinə icazə verməsi təkcə Niderlandın erməni icmasının təxribatı deyil, həm də qeyri-qanuni hərəkətdir.
Bu icazənin verilməsi Niderlandın Ermənistan və Azərbaycan arasındakı gərgin münasibətlərə müdaxiləsi kimi qiymətləndirilib. Xəbərdarlıq edilib ki, bu davranış Niderlanddakı Azərbaycan və erməni icmaları arasında iğtişaşların yaranma ehtimalını çox yüksəldə bilər: “Biz başa düşə bilmirik ki, faktları bilmədən bu cür hərəkətləri, adətən, münaqişə ilə bağlı məsələlərə neytral münasibəti ilə tanınan Niderland niyə və necə dəstəkləyir? Odur ki, Niderlandda yaşayan iki icma arasında gərginliyin və bundan sonra baş verə biləcək iğtişaşların qarşısını almaq üçün planlaşdırılan nümayişlərin dayandırılmasını tələb edirik”.
Müraciətdə elmi və tarixi baxımdan “Artsax” adlı dövlətin heç bir vaxt mövcud olmadığı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlandığı, beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, erməni işğalçılarının Azərbaycanın əzəli torpaqlarını dinc yolla tərk etmədikləri, Qarabağdakı azərbaycanlıların yaşamaq hüququndan məhrum olunduğu, erməni separatçılarının işğalı dövründə Azərbaycanın şəhər və kəndlərinin xarabalığa çevrildiyi, Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları törədildiyi, Azərbaycan dövlətinin beynəlxalq hüquq normaları çərçivəsində hərbi yolla öz torpaqlarını geri aldığı, azərbaycanlı qaçqınların 30 illik həsrətdən sonra doğma yurdlarına dönməyə başladıqları, hazırda Azərbaycanla Ermənistanın sülh müqaviləsinin imzalanması mərhələsində olduğu barədə ətraflı məlumat verilib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi