Ramil Usubov polis rəislərini işdən çıxardı - DƏYİŞİKLİKLƏR

img

17-06-2014 [13:24]


Daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmov tutduğu vəzifədən azad edilərək, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi, polis polkovniki Famil Xanbabayev bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin edilib.

Bundan başqa, Abşeronun polis rəisi Namiq İsmayılov və Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin də vəzifələrinin dəyişdirilməsi ilə bağlı təqdimatın verildiyi bildirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin olunan Famil Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin oğlu, Xaçmaz rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli isə "Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun qardaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA