Nizami İsgəndərovun obyektindəki hadisə ilə bağlı REAKSİYA

img

17-06-2014 [12:24]



"Nizami İsgəndərovun obyektində daha bir uşaq faciəsi" başlıqlı yazıya reaksiya verilib. Məsələylə bağlı MİA-ya "Sumqayıt Ticarət Mərkəzi”nin ictimayətlə əlaqələndiricisi Elçin Abdullayev yazılı mövqeyini göndərib.

Münasibəti olduğu kimi, təqdim edirik: "16.06.2014-cü il tarixində bir sıra Kütləvi İnformasiya Vasitələri tərəfindən xəbər yayıldı ki, guya, sabiq millət vəkili Nizami İsgəndərova məxsus "Sumqayıt Ticarət Mərkəzi”ndə bədbəxt hadisə baş verib. Qətiyyətlə bildiririk ki, nəinki həmin tarixdə, ümumiyyətlə, başqa bir vaxtda da Sumqayıt Ticarət Mərkəzində bu və ya buna bənzər hadisə baş verməyib. Adıçəkilən ticarət mərkəzi olaraq sözügedən informasiyanı yayan sayt və qəzetlərin tutduqları mövqeyə hörmətlə yanaşdığımızı xüsusi qeyd etməklə yanaşı, qeyd etmək istəyirik ki, bu cür informasiyaları dəqiqləşdirmədən gündəmə gətirmək ən azı həmin sayt və qəzetlərin oxucu reytinqinin düşməsinə belə mənfi təsir edə bilər. Sonda qeyd etmək istəyirəm ki, sözügedən Ticarət Mərkəzinin sahibi Nizami İsgəndərova deyil, Zaman İsgəndərova məxsusdur və bu mərkəzdə təhlükəsizlik tədbirlərinə yüksək səviyyədə diqqət ayrır". 

Qeyd edək ki, "Cavid" Ticarət Mərkəzinin damından qopan dəmir örtük azyaşlı bir uşağın qolunu parçalaması ilə bağlı məlumat vermişdik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA