QUL BAZARI
22-01-2024 [00:08]
Qalib ARİF
("İtirilmiş nəsil" romanından)
***
90-ların axırlarında «Xalqlar Dostluğu» metrosunun yaxınlığında «Qul bazar»ı vardı. İşsiz-gücsüz adamlar, mənim kimi “Qarabağ veteranları” burda yığışardı.
Onda hələ cavandım, ayağımı azca çəksəm də, əsasız gəzə, hətta yüyürə bilirdim. Mən də hamı kimi elə bilirdim ki «Qul bazarı» TV-də gördüyümüz «Quş bazarı» kimidir, yəni azad «İqtisadi zona» mislindədir, kim istəsə bura gələ, iş tapa və evinə bir tikə çörək apara bilər. Sən saydığını say...
Biz onda hələ “Vosmoy”da yaşayırdıq, «Qul bazarı»na yaxınlıqdaydı, avtobusla bir-iki dayanacaq olardı. Anam ölən, pensiyası kəsilən vaxtlardı, yoldaşım da işləmirdi. Evdə də iki körpə uşaq...
Ayağımı çəksəm də, əlil statusu ala bilmirdim, neçə yüz dollar istəyirdilər. Ətraf dükanların bütün “nisyə” dəftərlərində adımızı vardı. Bəzən evdə yavan çörəkdən başqa dişə dəyəsi bir şey tapılmırdı. Arvad-uşağın üzünə baxa bilmirdim, bilmirdim başıma haranın külünü töküm...
Günlərin bir günü dişimi dişimə sıxdım, bazara yollandım. İşdən qorxmurdum, hər iş bacarırdım. Əvvəl camaata yaxınlaşmadım, elə bir kənarda dayandım. Bazarı öyrənmək, kimin kim olduğunu bilmək, sonra işə girişmək istəyirdim. Müşahidələrimi davam etdirirdim, amma imkan vermədilər. Yarım saat keçmişdi ki, 2 nəfər mənə yaxınlaşdı, biri hündür, canlı, o biri balaca, arıqdı. Balaca soruşdu ki, «sən burda neynirsən?»
Dedim «elə-belə, özümçün dayanmışam». Dediyim kimi, mən «Vosmoy» uşağıyam, buralar da «Vosmoy» ərazisi sayılırdı, odur ki, özümü evimdəki kimi hiss edirdim.
-Burda elə-belə dayanmırlar, şələ-küləni də yığışdır, sürüş burdan...
Əllərimi gülə-gülə göyə qaldırdım:
-Mənim bunlardan başqa şələ-küləm yoxdur. Sürüşə də bilmirəm...
Balaca dayandı, hündür söz aldı:
-Malış, hərif deyəsən başa düşmür, bunu yerə yıxıb başa salmaq lazımdır...
Sağ ayağımı azca geri atdım, amma sözümdən də qalmadım:
-Deməli, əvvəl yerə yıxmaq lazımdır...
Hündür mənə doğru gəldi, balaca onun arxasında gizləndi. Rəqibim qolaylanıb sağ əli ilə mənə yumuruq atdı. Mən cəld sol ayağımı geri atdım və həmlədən yayındım. Amma ona ikinci imkanı vermədim, çənəsinin altından sağ əlimlə ağır bir zərbə endirdim. Hərif səntirlədi, amma davam gətirdi, dalbadal iki zərbə endirdim. Kökündən kəsilmiş ağac kimi yıxıldı.
Balaca bağırmağa başladı:
-Uşaqlar, kömək edin, bizimkiləri döyürlər...
Mən işimi bilirdim, yarım saatdır ki, bazarı «öyrənirdim». Sağ tərəfimdə, məndən bir-iki metr aralı «svarka» maşınına qısa lom söykənmişdi. Cəld sağa atıldım, əllərim ağır zərbələrdən sonra qanayıb ağrısa da, lomu sağ əlimə aldım. «Döyüş meydanı»nda say hesabı və hücum şansı mənim ziyanıma dəyişsə də, müdafiə mövqeyində təşəbbüsü ələ aldım. Ruslar deyir ki, “Protiv loma net priyoma, esli net vtorova loma”. Amma burda lom çox idi və vaxt mənim ziyanıma işləyirdi. Mən hər an təşəbbüsü əldən verə bilərdim – bunu bilirdim və hər şeyə hazır idim...
Amma bu vaxt «Ə, rədd olun, ə, it uşağı, it...” bağırtısı eşidildi və meydana yeni “aktor” girdi. Bu, zırpı oğlandı, ayağını da məndən çox çəkirdi.
Ətrafda hamı ondan çəkinirdi, deyəsən, bazarda söz yiyəsi idi. Mən bunu bayaqdan müşahidə edirdim, hətta arada ona yaxınlaşmaq da istəmişdim...
-Əmoğlu, sən kimsən, nə istəyirsən?
-Mən bazarda işləmək, evimə bir tikə çörək aparmaq istəyirəm...
-Bəs, bilmirsən ki, icazəsiz olmaz, buranın sahibi var...
- Mən “Qarabağ veteranı”yam, bizə hər şey olar...
Zırpı gülümsəyir, ağzı qulaqlarının dibinə kimi gedir. Arxaya, uşaqlara doğru çevrilir, ləzzətlə deyir:
-Həmişə demişəm ki, bizimkilər – Qarabağda vuruşan, bir damcı qanından qorxmayan uşaqlar hamısı yaxşı oğlanlardır...
Sonra isə mənə tərəf dönür:
-Ruslar deyir ki, “doveryay, no proveryay”. Qarabağda harda, kimin yanında vuruşmusan?
-Xocavəndə, Eyvaz müəllimin batalyonunda vuruşmuşam, 93-də ayağımdan yaralanıb tərxis olunmuşam...
-Qardaşlarını da tanıyırsan?!
-Tanıyıram... İlyas, Əbülfət, İbad... 5 qardaşdılar, beşi də vuruşurdular...
Müsahibim mənə doğru atılır, əlini uzadır. Arağın sərt qoxusu məni vurur:
-İlqar... Girdin qaba, oldun yeməli... Daha nə deməli?!
Sonra yenə uşaqlara doğru çevrilir:
-Ə, qaqamı görürsüz? Vallah, bizim adamdır...
İlqar sözün əsl mənasında, bazara «krışalıq» edirdi. Onun bağırtısından bazara nəinki yad adam, heç sahə müvəkkili də girmirdi. “Qarabağ əlili” idi, bir ayağını müharibədə itirmişdi, protezlə gəzirdi. Bazarda da, keçmiş hərbçi kimi müəyyən nizam-intizam düzəltmişdi, güclü gücsüzü vurub əzmirdi, hərə öz növbəsini gözləyirdi. Qayda-qanuna əməl etməyənləri, ən yaxşı halda, bazardan qovurdular. İlqar gündüzlər yaxınlıqdakı, qarabağlıların işlətdiyi kafe-çayxanada olurdu, bazara arabir, problem olanda gəlirdi. Bazar uşaqları qazandıqlarının beşdən birini İlqara verirdi. O, ədalətli və səxavətli adam idi, hamıya bacardığı köməyi edirdi. Bazarda, bayramda “Qarabağ uşaqlarını” yığmağı, yaxınlıqdakı kafeyə aparmağı da vardı...
Mən artıq işə öyrənmişdim, yuxarıda dediyim kimi, əlimdən hər iş gəlirdi. Amma peşəkar deyildim, əlimdə «parket yonan», ya «svarka» aparatım da yox idi. Odur ki, ağır - yükdaşıma işlərinə getməli olurdum. Doğrudur, gündəlik 20-30 "məmməd"im olurdu, amma ağır iş məni yorurdu. Ayağımda problem də əvvəlcədən vardı. Bir dəfə iki nəfərə Əhmədlidə, «Bakı» kinoteatrının yanında adama 5 “şirvan”lıq iş aldıq. «Xozeyin»in maşınına minib iş yerinə yollandıq. Mənzil təzə istifadəyə verilmiş 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşirdi. 3 otaqlı idi, üçü də zibillə dolu idi. Fəhlələr polu, divarı, tavanı da söküb-tökmüşdülər. 3 otaqda 100-dən çox zibil kisəsi vardı, hamısı da ağırdı. Həmin gün işin tərsliyindən lift də işləmirdi, hava da isti idi...
Doğrudur, birtəhər daşıdıq, işdən sonra heç bazara qayıtmadıq. Amma bu 5 “şirvan” mənə baha başa gəldi. Bir neçə gün özümə gələ bilmədim, ayağımı da əməlli-başlı çəkirdim. Həmin vaxtlarda Qara Qarayevdə yenə yaxşı, adama 10 “şirvan”lıq iş düşdü. Metronun yaxınlığında bir mənzilin təmir materialını 9-cu mərtəbəyə qaldırmaq lazım idi. Lift yenə işləmirdi, hava yenə isti idi. Artıqtamahlıq etdik, 2 nəfər səhərdən axşama kimi işlədik. Həmin axşam belimdən ağrılar tutdu, ayağım tamam tutuldu, bir həftə yerimdən tərpənə bilmədim. Mən hələ oturaq sinirin adamı yatmağa qoymayan dəhşətli ağrılarını demirəm...
Xoşbəxtlikdən «Neyroxirurgiya» mərkəzinin baş həkimi Tibb Universitetində bacımla, yeznəmlə oxumuşdu, tələbə yoldaşı olmuşdu. Yeznəm Lənkərandan gəldi, birlikdə «Neyroxirurgiya»ya getdik. Yenə sağ olsunlar, cəmi 300 dollar (o vaxtı 500 alırdılar) pul verdim, «fəqərə yırtığı»nı əməliyyat etdirdim. Mən xəstəxanada yatanda, Ilqar da bir nəfərlə gəldi, yoluxdu, balıncımın altına 100 dollar pul da qoydu.
Bilmədim, hardan bilmişdi, kimdən öyrənmişdi?!...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər