Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
03-04-2025 [14:16]
Azərbaycan və Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Monteneqro əməkdaşlığının hazırkı durumu və perspektivləri, ikitərəfli və çoxtərəfli səviyyələrdə münasibətlərin inkişaf etdirilməsi imkanları, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında əməkdaşlığın inkişafı və bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi baxımından qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi, parlamentlərarası əlaqələr qeyd olunub.
Azərbaycan-Monteneqro arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm və humanitar istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün münbit şəraitin olduğu diqqətə çatdırılıb. Bu xüsusda, yaşıl enerji üzrə tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunulub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, gündəlik əsasda Azərbaycan vətəndaşlarının həyat və sağlamlıqlarına hədə törədən mina təhdidi ilə mübarizə səyləri barədə məlumatlandırıb.
Müqabil tərəf, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırılıb. Azərbaycanın təşəbbüsü ilə başlayan ikitərəfli danışıqlar nəticəsində sülh müqaviləsinin mətninin razılaşdırıldığı, lakin müqavilənin imzalanması üçün əsas əngəllərin, xüsusilə də Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların qalmaqda olduğu vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə Azərbaycan və Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Monteneqro tərəfindən isə dövlət katibi Perişa Kastratoviç rəhbərlik edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb