Bazarda çoxlu saxta qızıllar var... - Ekspertərdən bahalaşmaya izahat
03-04-2025 [17:31]
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi geosiyasi gərginliklə əlaqəli qlobal qızıl qiymətləri ilə bağlı proqnozlarını artırıb. Qurum bildirib ki, ticarət müharibəsi ilə bağlı narahatlıqlar, səhm və istiqraz bazarlarında qeyri-sabitlik qızıla investisiyaları artıraraq qiymətləri rekord həddə çatdırıb.
Nyu-Yorkun COMEX birjasında qızılın aprel fyuçerslərinin bir troya unsiyasının qiyməti 0,64% artaraq 3 025,22 dollar təşkil edib. Artım artıq yerli bazara da təsir edib – qiymətlər artmağa başlayıb.
Dünya bazarında qiymət artımı yerli qızıl-zinət əşyaları bazarında tam hiss olunur. Bakı bazarında qiymətlər qalxır: satıcıların dediyinə görə, türk qızılı 20 manat, italyan zinət əşyalarının qiyməti isə 25-30 manat qalxıb. Treyderlər daha da artım gözləyirlər, lakin hətta yüksək qiymətlər də alıcıların aldanmayacağına zəmanət vermir.
Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov AYNA.AZ-a deyib ki, beş il əvvəl Maliyyə Nazirliyi yanında Dövlət Ekspertiza İdarəsi bu bazarı qismən tənzimləyirdi: "İndi tam nəzarətsizlik var. Zərgərlik sənayesində dəyər zəncirində keyfiyyətə nəzarət yoxdur, ona görə də keyfiyyətsiz mallar asanlıqla piştaxtalara düşür".
Hüquq müdafiəçisinin sözlərinə görə, bizim bazar sözdə qlobal bazara inteqrasiya olunub, amma reallıqda elə deyil: “Çünki o, yalnız artımlara reaksiya verir. Dünyada qiymətlər qalxırsa, bizim bazar buna tez reaksiya verir, ucuzlaşırsa, alıcılar bunu hiss etmir”.
Yüksək qiymətlər və zəif nəzarətlə yanaşı, malı geri qaytara bilməməsi səbəbindən alıcıların riskləri artır. Hökumətin 114 saylı qərarı ilə qızıl əşyalar və qiymətli daşlar dəyişdirilməsi və ya qaytarılması mümkün olmayan mallar sırasına daxil edilib.
“Bazarda çoxlu sayda qüsurlu saxta qızıl var. Bu problem 2019-cu ilə qədər Qiymətləndirmə Bürosunun dövründə həll edilirdi - qızıl markalanırdı və yoxlanılırdı. Amma altı ildir ki, bazar öz ixtiyarına verildi və praktiki olaraq tərk edildi, Belə daha çox davam edə bilməz. Saxta qızıllar müəyyən edilməli, satanlar cəzalandırılmalıdır. Bunun öhdəsindən ən yaxşısı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübariz İdarəsi gələ bilər”, - deyə Hüseynov vurğulayıb.
İqtisadçı ekspert Xalid Kərimli mövzuya dair AYNA.AZ-a şərhində söyləyib ki, yerli reallıqlarda qızılın qiymətinin qalxması ölkəyə sərfəli olsa da, onu şəxsi ehtiyacları üçün alan vətəndaşlar üçün mənfi nəticələr doğurur: “Dünya bazarlarında bahalaşma bizdə də qızılın qiymətini artırır. Dünya bazarlarında qiymətlərin bahalaşmasından respublika təbii ki, qiymətli metalların ixracı və Dövlət Neft Fondundakı qızıl ehtiyatları hesabına qazanır. Artan qiymət qızıl zinət əşyalarının adi alıcıları üçün problemə çevrilir, çünki indi məhsul daha baha başa gəlir”.
Qeyd edək ki, ötən il Dövlət Neft Fondu 44,8 ton qızıl əldə edib ki, bu da onun ehtiyatlarını 146,6 tona çatdırmağa imkan verib. Bu il Fond alışları davam etdirməyi və qızıl ehtiyatlarını 170 tona çatdırmağı planlaşdırır.
“Qızılın qiymətinin qalxması dünyada qiymətli metala artan tələbatın təbii nəticəsidir. Neftin ucuzlaşması qzılın bahalaşmasına xüsusilə güclü təsir göstərdi. Bir barelin qiymətinin düşməsi ümumilikdə sabit investisiya aləti olan qızıla tələbi artırıb”, - deyə həmsöhbətimiz bildirib.
Kərimlinin dediyinə görə, qızıla əsas maraq qlobal mərkəzi banklardan gəlir: “Maliyyə tənzimləyicilərinin yüksək tələbi səbəbindən aktivin dəyəri artır. Bu, respublikamıza ikiqat təsir göstərir, çünki Azərbaycan təkcə qızıl ixrac etmir, həm də sarı metalın idxalçısıdır”.
İqtisadçı ekspert Natiq Cəfərli də bu artımın səbəbləri ilə bağlı fikirlərini bölüşüb: “Qızıl qiymətləri dünyada iqtisadi və siyasi təlatümlərə təkan verir. Qızıl hər zaman investorlar üçün təhlükəsiz sığınacaq rolunu oynayıb və bu məhsul bahalaşmaqda davam edəcək”.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb