Emin Əmrullayev məzunlara niyə problem yaradır? - Qalmaqal
03-04-2025 [13:55]
1993 cü ildə Rusiya Federasiyasında Heydər Əliyevin təşəbbüsü ilə açılan və bu gün Azərbaycana məxsus yeganə ali təhsil müəsisəsi bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Emin Əmrullayev niyə ulu öndərin bizə qoyduğu miraslara sahib çıxmaq əvəzinə onlardan imtina edir?
Heydər Əliyevin qurduğu təhsil ocağında nələr baş verir?
Son iki ildir ki, UNEC-in Dərbənd filialının məzunları diplomlarını ala bilmir. 2023-2024-cü il məzunları hələ də gözləməkdədir, lakin nə universitet rəhbərliyi, nə də Təhsil Nazirliyi (ETN) bu məsələyə aydınlıq gətirmir.
Məzunlar aldadılır?
Məzunların sözlərinə görə, hər dəfə onlara "bu gün-sabah veriləcək" deyilərək gözlədilir, amma nəticə yoxdur. Bu müddət ərzində bəziləri iş tapa bilmir, bəziləri isə hərbi xidmətə çağırıldığı üçün 1 il 6 ay xidmət etmə riski ilə üzləşir. Əgər diplomlar verilsəydi, ali təhsil aldıqlarına görə 1 il xidmət edəcəkdilər.
Tələbələr bildirir ki, onlar bütün dərslərdə və imtahanlarda iştirak ediblər, yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçiblər. Diplom almağa tam hüquqları var. Lakin nədənsə, bu hüquqları təmin olunmur.
Məzunlar UNEC-in mətbuat katibi Elnarə Məmmədovanın hər dəfə eyni cavabı verdiyini bildirirlər: "Yaxın günlərdə veriləcək". Bu, yalnız universitetin reputasiyasını qorumaq üçün səsləndirilən bir açıqlama kimi görünür. Çünki "yaxın günlər" deyilən müddət artıq illərə çevrilib.
Digər tərəfdən, ETN bu məsələyə ümumiyyətlə münasibət bildirmir. Məzunlar haqlı olaraq yalnız Təhsil Nazirliyinin rəsmi mövqeyinə inanmaq istəyirlər. Lakin ETN susduqca, vəziyyət daha da ağırlaşır.
Sual: Diplomlar niyə verilmir?
Bu qədər insanın həyatına təsir edən bir problemin nə üçün həll olunmadığı anlaşılmazdır. Diplomların gecikməsinin səbəbi nədir? Bu, sənədləşmə ilə bağlı problemdir, yoxsa başqa bir inzibati maneə var? Əgər hüquqi bir problem mövcuddursa, niyə bu barədə ictimaiyyətə açıq məlumat verilmir?
Məzunların Haqqı Tapdalanır
Bir gəncin gələcəyi, karyerası və hətta hərbi xidmətdəki müddəti diplomun olmamasına görə dəyişməməlidir. Bu, dövlətin öz vətəndaşlarına qarşı məsuliyyətsiz yanaşması kimi görünür.
Təhsil Nazirliyi bu məsələyə dərhal aydınlıq gətirməli və diplomların nə vaxt veriləcəyi ilə bağlı konkret tarix açıqlamalıdır. Əks halda, UNEC-in Dərbənd filialı məzunları və onların ailələri haqlı olaraq narahatlıq içində qalmağa davam edəcəklər.
Sonda məzunlar, onların ailələri və cəmiyyət aydın cavab gözləyir. Təhsil Nazirliyi və UNEC bu məsələyə məsuliyyətlə yanaşmalı, gənclərin gələcəyinə biganə qalmamalıdır.
Bəs sizcə, bu qədər tələbənin hüququ pozularkən, niyə heç bir rəsmi qurum məsuliyyəti üzərinə götürmək istəmir?
O vaxtdan yenə də bu universitetə Ədalət Muradov rəhbərlik edir, yəni dəyişən rəhbərlik də yoxdur ki, bəhanə tapılsın. Düzdür, Misir Mərdanov Mikayıl Cabbarov başqa sahəyə getdi, ondan sonra təhsil naziri olan indiki Xarici işlər naziri Ceyhun Bayramovun dövründədə bu cür neqativ hallar baş verməmişdir.
Elə isə indiki nazir Emin Əmrullayev niyə diplomların verilməsinə problem yaratmalıdır ki? Bu, kiminlə rəqabətin və ya daxili çəkişmədən qaynaqlanır? Niyə bizim uşaqlar diplomsuzluğa görə təxminən son iki ilini də itirməlidir?”.
MİA.AZ
Biləsuvarda ticarət mərkəzində bıçaqlanma olub
Vəkil iş adamı ilə görüşündən yazdı: "Dedi ki, oradan bacıoğluya 30 min manat gətir..."
Bakıda ər arvadının qulağını kəsib
Səttar Möhbalıyevin qardaşı ilə bağlı iki əmr verildi - İcra başçısının müavini vəzifəsindən çıxarıldı və...
AAYDA İdarə Heyətinin sədri vəzifədən azad edilir - Yerinə isə...
Anar Əliyev özünə yeni köməkçi götürüb
Sabah hava proqnozu açıqlanıb
Suqovuşana daha 53 ailə köçürülüb
Bacanaq, qayın... - Nazirlikdə bir milyon manatlıq iş üzrə məhkəmə prosesi başlayıb
Masallıda 51 yaşlı şəxs 13 kq narkotiklə saxlanılıb
Bakıda mayora hücum edən kikboksçular... - Həbs müddəti uzadıldı
“Nar” müəllimlər üçün mobil rabitə təlimi keçib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
NATO-ya üzv dövlətlərin XİN başçıları bir araya gəldi - ABŞ-ın tələbi qəbul olunmayıb
“Ulduz"lu görüşlər”in növbəti qonağı Əyyub Qiyas olub - FOTOLAR
GENERAL YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ - MN-də dəyişiklik
Dünyanın ən seksi qadın xokkeyçisi elə fotolarını yaydı ki... - "Mələklər həqiqətən mövcuddur" (FOTOLAR)
Tramp FED sədrinə səsləndi: "Faiz dərəcələrini aşağı sal, Paueli" - "Siyasətdən əl çək"
Ermənistan Avropa İttifaqına daxil olmaq haqqında qanunu təsdiqlədi - Prezident fərman imzaladı, Paşinyan isə "referendum olacaq" deyir
MHP liderinin Alparslan Türkeşin məzarı başında yanına çağırdığı uşaq kimdir? - FOTO
Nail Məmmədov idarə rəis təyin olunub
Qəzzada daha 26 fələstinli həlak olub
Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Nazir direktor təyin etdi - Əliqismət Lalayev yola salındı
“Embawood” MMC qüsurlu malın geri qaytarılmasından imtina edib və...- Agentlik açıqlama yaydı
Mərkəzin daha iki həkimi istintaqa cəlb edilib - FOTOLAR
Putinin sözçüsü: "Hər kəs bilməlidir ki, İran müttəfiqimizdir"
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
“Bazarstore” qiymətlərlə "oynayır"
Dövlət Mahnı Teatrına yeni direktor təyin olunub
UN NEÇƏYƏDİR? - Yeni qiymət açıqlandı
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
Cəbrayıl və və Naxçıvanda yeni stansiyalar tikiləcək
27 yaşlı Ruslan Nəsirov 20 kq narkotikllə saxlanıldı
Kremlin sözçüsü: "ABŞ-ın əlavə vergi yükü dünyanı çalxalayır, ancaq bunun Rusiyaya..."
Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək
İcra Hakimiyyətinin qarşısında dağılan yol düzəldildi - İH-dən Mia.az-a açıqlama verildi (VİDEO, FOTO) - YENİLƏNİB
RƏSMİ PEKİN ABŞ-ın TƏHDİDİNI HEÇƏ SAYDI - Əks həmlə başladı
Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib - FOTO (Yenilənib)
Sabahdan rayonlarda hava dəyişəcək - Xəbərdarlıq