Ayxan Hacızadə: "Əgər Fransa sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyirsə, o zaman..."
03-04-2025 [17:09]
Azərbaycan Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməniəsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaları qətiyyətlə rədd etdiyini bildirib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə şərh verib.
XİN sözçüsü bildirib ki, Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi son 2 ildən artıq müddətdə müzakirə edilən legitim tələbin sual altına alınması və bunun yeni şərt kimi təqdim edilməsi qəbuledilməzdir: "Əgər Fransa iddia etdiyi kimi, həqiqətən də, sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyirsə, o zaman Ermənistan tərəfindən müvafiq addımların atılmasını təşviq etməlidir. Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməniəsilli şəxslərin azadlığa buraxılması çağırışlarına gəldikdə, vurğulayırıq ki, bu cinayətləri araşdırmaq və mühakimə etmək Azərbaycanın haqqıdır. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi də bunu bir daha təsdiqləyib və məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu sübut edib".
A.Hacızadə vurğulayıb ki, digər ölkələrdə məhkəmə prosesinə müdaxiləyə cəhd edən Fransa tərəfinin ilk növbədə Fransada siyasi təqibləri və müxtəlif aksiyalarda etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələri, Fransa parlamentində rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktları araşdırması daha uyğun olardı: "Misal üçün, eyni iclasda bir deputatın Fransada məhkəmə sistemindən siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi halda qanunun aliliyi ilə bağlı digər dövlətlərə müdaxilənin qəbuledilməzliyi ilə bağlı sualına cavabda Fransa nazirinin Fransa məhkəməsinin qərarını şərh edə bilməyəcəyi cavabı da Fransa tərəfinin ikili standartlarının bir göstəricisidir. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb