Ceyhun Bayramov Qoşulmama Hərəkatının Zirvə Görüşündə çıxış edib - Sədrlik Uqandaya təhvil verilib (Yenilənib)
19-01-2024 [14:57]
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşündə iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, zirvə görüşündə QH-nın sədri qismində açılış nitqi ilə çıxış edən C.Bayramov Azərbaycanın 4 il bundan öncə Hərəkata sədrliyi təhvil aldıqdan sonra beynəlxalq münasibətlər sistemi üçün olduqca mürəkkəb bir dövrdə QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə effektivliyinin artırılması üçün substantiv və institusional tədbirlər gördüyünü diqqətə çatdırıb.
Daha sonra, Hərəkatın 19-cu Zirvə Görüşünün gündəliyi qəbul olunub.
Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin QH-nin sədri qismində uğurlu fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə nazir Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.
2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə əlavə bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın sədrlik dövründə tarixi Bandunq prinsipləri əsasında öz fəaliyyətini qurduğunu bildirib. Bu istiqamətdə, Azərbaycanın QH-nın fəaliyyətinin əlaqələndirilməsinin çevikliyinin təmini istiqamətində əməli tədbirlər gördüyü, görülən işlər nəticəsində yüzlərlə bəyanat, kommunike və bəyannamələrin razılaşdırıldığı, Hərəkat üzvləri tərəfindən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında irəli sürülmüş qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.
Hərəkata sədrliyimizin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, irəli sürülən təşəbbüslərin, xüsusilə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.
Sədrliyimiz dövründə Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılmasının, Qadınlar Platformasının əsasının qoyulması ilə bağlı atılan addımların QH-nın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Bununla yanaşı, Hərəkatın üzvlərinin sayının artırılması, QH-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, Hərəkata üzv dövlətlərin beynəlxalq təşkilatların seçkili orqanlarında namizədliklərinin dəstəklənməsi, QH üzvlərinin inkişafına istiqamətlənən təşəbbüslərin həyata keçirilməsinin də sədrliyimizin uğurları sıralarında olduğu vurğulanıb.
Ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə QH-nin sədrlik üçlüyü çərçivəsində Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən QH üzv dövlətləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini təqdir edərək, xüsusilə də təsisatın institutlaşdırılması istiqamətində atdığı addımları və pandemiya dövründə COVİD-19 ilə mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirib.
Zirvə Görüşündə qəbul edilən Yekun Sənəddə ölkəmizin maraqlarını əks etdirən müddəalar əks olunub, Azərbaycanın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın növbəti Tərəflər Görüşünə (COP29) ev sahibliyi etməsi QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb.
Daha sonra isə QH-nın sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, Zirvə Görüşü Uqanda Respublikasının Prezident Yoveri Museveninin sədrliyi ilə davam edib.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandada Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə çıxış edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sədrlik Uqandaya təhvil verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi