Hacıbala Abutalıbovun oğlu ilə bağlı inanılmaz idda - Merin nəvəsinə "Əbubəkir" adı verilib

img

16-06-2014 [20:20]


Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov vəhabilərin xəvaric (radikal) qoluna bağlı təriqətçidir.


Məlumata görə, İ.Abutalıbov "İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının xilafət dövləti yaratmaq planını təqdir edir. İŞİD-in İraqda şəhərləri ələ keçirməsini qələbə sayır. 
 
"İsrafil Azərbaycandakı sələfi və xəvariclərin ticarətdə inkişaf etməsinə də dəstək olur. O cümlədən, Suriyaya döyüşməyə gedənlərə kömək edir. Onu daha çox Qaraçuxur qəsəbəsində yerləşən və sələfilərin yığışdığı məsciddə görürlər. İsrafil oğluna Əbubəkr adını verib”. 
 
Mənbə bildirir ki, Hacıbala Abutalıbovla oğlu arasında əlaqələr kəsilib, hətta onu evinə belə buraxmadığı barədə bir müddət əvvəl mediada məlumat yayılıb. Mer isə az əvvəl oğlunun Suriyaya getməsi barədə xəbərləri təkzib etsə də, İsrafilin sələfi olduğunu nə təsdiq, nə də inkar etmişdi.
 
Qeyd edək ki, daha bir yüksək rütbəli məmur oğlunun vəhabilərə qoşulduğu barədə məlumat almışıq. Məlumatda qeyd olunur ki, ölkənin çox önəmli vəzifələrindən birini daşıyan məmurun öz oğlunun seçdiyi təriqətdən və əməllərindən xəbəri yoxdur. Həmin gəncin isə Bakıdakı vəhabilərə və Suriyaya gedənlərə maddi dəstək göstərdiyi iddia olunur(axar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA