Pakistan - İran gərginliyi: gizli məqamlar və ya rəsmi Bakının mövqeyi... (TƏHLİL)
18-01-2024 [15:14]
Ötən gün İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Pakistanın Bəlucistan bölgəsinə dron və raketlərlə zərbələr endirib. İran tərəfi əməliyyatın hədəfinin Ceyş-ül-Ədl qruplaşması olduğunu açıqlayıb.
Pakistan da öz növbəsində “Marg Bar Sarmachar” (“Partizanlara ölüm”) əməliyyatına başladığını açıqlayıb. Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna aviazərbələr endirib.
Nə baş verir?
Pakistan Xarici İşlər Nazirliyi əməliyyat nəticəsində Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələrin endirildiyini bildirib. İran tərəfinin adını çəkdiyi qruplaşma (Ceyş-ül-Ədl) xüsusilə diqqət çəkir. Adıçəkilən qruplaşma 10 ildən çoxdur ki, İranın cənub-şərq hissəsinə hücumlar təşkil edir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında Sistan və Bəlucistanda 11 iranlı polisin ölümünə səbəb olan hücumun təşkilatçısı həmin qruplaşmadır.
Pakistan və İranın bir-birinin ərazisinə antiterror əməliyyatları adı ilə zərbələr endirməsi və mülki şəxslərin həyatını itirməsi regionda gərginliyi artırır. Ümumiyyətlə, iki ölkə arasında bu tip gərginlik vaxtaşırı baş verir. Etnik bəlucların yaşadığı Sistan və Bəlucistan gərginliyin əsas qaynar nöqtəsi hesab edilir. Tərəflər əvvələr də bənzər problemlərdən dolayı qarşı-qarşıya gəlsə də, regionda genişmiqyaslı müharibə baş verməyib.
Müharibə başlayacaq?
Pakistan və İran regionun iki güclü ölkəsidir. İstər hərbi, istərsə də siyasi baxımdan regionda balans yaradan güclərdəndir. Hər iki ölkəni dəstəkləyən və zəifləməsində maraqlı olan güclər var. Yəni Pakistan-İran müharibəsində maraqlı olmayan ölkələr də var. Ehtimal bir müharibə iki ölkəni də ciddi mənada zəiflədə bilər. Rəsmi Tehranın zəifləməsində maraqlı olan əsas ölkələr heç şübhəsiz, İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-dır. İranın zəifləməsini istəməyən ölkələr isə Çin, Hindistan, Rusiya, Britaniyadır.
Pakistanın zəifləməsində maraqlı olan ölkə Hindistan olsa da, zəifləməsində maraqlı olmayan ölkələr İsrail, Çin, ABŞ, Səudiyyə Ərəbistanıdır. Yəni fərqli maraq qruplarının prosesdəki maraqları da çox fərqlidir.
Lakin buna baxmayaraq, regionda Pakistan-İran müharibəsi bu tezlikdə baş verməyəcək. Məsələ üzdə İran-Pakistan gərginliyi kimi görünsə də, əslində, hər iki ölkə pərdəarxasında bəluclara qarşı antiterror əməliyyatı keçirir. Bunu hər iki ölkənin XİN başçılarının bəyanatları da təsdiq edir.
Misal üçün Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, “Pakistan İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edir”. Bənzər açıqlamanı İran tərəfi də verib.
Bəlucların müstəqillik arzusu hər iki ölkə üçün uzun illərdir başağrısına çevrilib. Buna görə də tərəflər ayrı-ayrılıqda bir-birinin ərazisində əməliyyatlar keçirərək, əslində, bir-birinə fayda verir.
Rəsmi Bakının mövqeyi
Azərbaycan İran-Pakistan gərginliyinin artmasında maraqlı deyil. Ümumiyyətlə, belə bir yanlış görüş var ki, rəsmi Bakı Tehranın hər hansı bir ölkə ilə müharibəyə girməsindən maraqlı olmalı, İranın başı müharibəyə qarışmışkən Zəngəzur məsələsini həll etməlidir.
Zəngəzuru özünün “qırmızı xətti” elan edən və hər vəchlə bunu Bakının diqqətinə çatdıran Tehran bu məsələdə uzlaşmaz mövqe sərgiləyir. Zəngəzur dəhlizi Bakının prioritet gördüyü məsələ olsa da, cənub qonşumuz hər hansı ölkə ilə müharibəyə girməsi, dağıntılara məruz qalması bizim üçün ciddi risklər daşıyır. Misal üçün, İranda yaşayan 30 milyondan çox azərbaycanlının ehtimal müharibə zamanı səfərbərliyə cəlb edilməsi, ya da bombalanan Cənubi Azərbaycan şəhərləri fonunda sərhədimizə axışacaq milyonlarla soydaşımız bu risklərdəndir.
Rəsmi Bakı bu riskləri öncədən sezir və heç bir halda İrana qarşı atılacaq addımları dəstəkləmir. Həmçinin başda Pakistan olmaqla İranla ehtimal münaqişəyə girəcək ölkələrin əksəriyyəti dost və tərəfdaş ölkələrdir.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi